"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkan bələdiyyəsinin heç bir təşkilata borcu yoxdur

--2015-12-16 / 14:57

2015-ci il yanvarın 28-də Türkan bələdiyyəsinin iclasında bələdiyyənin yeni sədri, sədr müa-vinləri seçilmiş, 2015-ci il üçün iş planı müzakirə edilərək qəbul edilmişdir.

Ötən 9 ay ərzində bələdiyyə öz fəaliyyətini iş planına uyğun şəkildə qurmuş, qəsəbənin sosial problemlərinin həlli üçün müəyyən işləri həyata keçirmişdir. Qəsəbədə sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanması,daxili yollarda təmizlik və təmir işlərinin görülməsi,yaşıllıqların qorunaraq onlara aqrotexniki qulluğun həyata keçirilməsi,suvarma işlərinin aparılması,yeni ya-şıllıqların salınması qəsəbənin az təminatlı ailələrinə maddi yardım olunması,milli bayram və ta-rixi günlərin qeyd olunması,rayon miqyasında keçirilən tədbirlərdə iştirak etmək bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur.

 

iş planına uyğun olaraq qəsəbəyə gələn Qala-Türkan və Hövsan Türkan magistralında mütə-madi olaraq təmizlik işləri aparılmış,ərazidən bərk məişət tullantıları yığılaraq məhv edilmiş-dir.Hər iki magistral boyunca əkilmiş ağaclara mütəmadi olaraq aqrotexniki qulluq həyata keçi-rilmişdir.Mart ayında boş ərazidə yeni ağac tingləri əkilmiş,yay aylarında əkilmiş ağacların suva-rılmassı həyata keçirilmişdir.

 

Qəsəbənin daxilindəki yollara da bələdiyyə tərəfindən nəzarət həyata keçirilmiş, Dənizkənarı, Xanlar, M.Maqomayev, Gənclər, Poçt küçələrində təmizlik işləri aparılaraq məişət tullantıları məhv edilmişdir. Bəzi küçələrdə əmələ gəlmiş çala-çuxurlar doldurulmuş və maşınların, piyada-ların rahat hərəkəti təmin edilmişdir. Türkan üzümçülük sovxozunda da müəyyən təmizlik işləri aparılmışdır.

 

Türkan qəsəbə sakini T.H.Babayevin yanğından zərər çəkmiş evinin təmiri üçün lazım olan inşaat materialları alınaraq zərərçəkmişə təhvil verilmişdir.On nəfər qəsəbə sakininin ailə vəziy-yəti və maddi durumu nəzərə alınaraq ayrı-ayrı bələdiyyə iclaslarının qərarı ilə kommunal xərc-lərin ödənilməsi,müalicə olunmaq və ya dərman preparatlarının alınması üçün birdəfəlik maddi yardım ödənilmişdir. Bələdiyyənin bundan sonrakı fəaliyyətində imkansız və az təminatlı ailələ-rin sosial problemlərinin həll edilməsi nəzərdə tutulur.

 

Türkan bələdiyyəsi tərəfindən qəsəbə ərazisində milli bayram və tarixi günlərin qeyd olunma-sına diqqət ayrılmışdır.Belə ki, Novruz bayramı,Qurban bayramı qəsəbədə təşkil edilmiş,qəsəbə sakinlərinin bu bayramlarda fəal iştirakı təmin edilmişdir.

 

Xəzər rayonunda təşkil olunmuş Nov-ruz bayramında qəsəbə sakinlərinin iştirakı təmin olunmuş,may ayında keçirilmiş "Gül bay-ramı"nda iştirak etməklə yanaşı,qəsəbənin mədəniyyət evində bu bayramın təşkil olunub keçiril-məsi qəsəbə ictimaiyyəti ilə birlikdə həyata keçirilmişdir.

 

Xəzər rayonunda ulu öndər Heydər əliyevin anadan olması gününə həsr edilmiş futbol turni-rində qəsəbə komandasının iştirakı üçün məşqlər təşkil edilmiş, idmançılar forma və ləvazımat-larla təchiz edilmişdir. Yaxşı hazırlıq nəticəsində komanda turnirdə 2-ci yeri tutmuşdur.

 

Yerli vergilərin toplanmasında nəzarətin gücləndirilməsi nəticəsində ştat cədvəli üzrə işçilərin əmək haqqı vaxtında ödənilmiş,bələdiyyənin vergi ödənişləri,Sosial Müdafiə Fondun ödənişlər, kommunal xərclərin ödənişi vaxtında yerinə yetirilmiş və heç bir borc qalmamışdır.

  

F.F.Məmmədov

Xəzər rayonu Türkan bələdiyyəsinin sədri

ŞƏRHLƏR