Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Firudin Məmmədovun Belediyye.infoya açıqlamasında bildirlir ki, bələdiyyə bu gün qəsəbə ərazisində yerli icra nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq yolu ilə fəaliyyətini qurub.
Xəzər rayon icra Hakmiyyətinin təşəbbüsü ilə keçmiş səhiyyə ocağının inzibati binasının bələdiyyə verilməsi bir sıra problemi həll etmiş oldu.
Bələdiyyənin maliyyə vəsaitiylə təmir edilən binada, hazırda on nəfər bələdiyyə qulluçusunun fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Sədrin sözlərinə görə, hazırda bələdiyyədə minimum əməkhaqqı 145 manat, maksimim isə 260 manata çatır. Maliyyə vəziyyətimiz imkan verdiyi halda bu rəqəmin bir qədərdə artırmağa çalışacağıq.
Bələdiyyədə əsas problem bir çox hallarda əmlak vergisinin yığımıyla bağlıdır. Belə ki, ərazidə 2600 təsərrüfatın demək olar ki, 1000-in sənədinin olmaması bələdiyyəyə ciddi problem yaradır. 3790 hektarlıq ərazimizin 624 hektarı bələdiyyə ərazisidir. Və bu ərzaidə 77 bağ kooperativi də formalaşıb. Bu istiqamətdə vergi yığımında problem yaşanmır.
Artıq yerli büdcənin təsdiq edildiyini deyən sədr, 2016-cı ildə əsas diqqəti sakinlərin maarifləndrilməsinə yönəldəcəklərini bildirdi.
Belediyye.info