"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib

--2019-11-15 / 05:50

Prezident ilham əliyevin tapşırığına uyğun olaraq Bakı şəhər icra Hakimiyyətinin və paytaxt rayonlarının başçıları Bakı şəhərinin qəsəbələrində sakinlərin  problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər. Bu görüşlər çərçivəsində Xəzər rayonu Türkan qəsəbəsində Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov sakinlərlə görüş keçirmişdir.

Görüşdə rayon icra Hakimiyyətinın əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Bakı şəhər icra Hakimiyyətinin də məsul içiləri iştirak etmişlər.

əvvəlcə Xəzər Rayon icra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat vermişdir.

Sakinlərin fəallığı, yaradılan səmimi abu-hava şəraitində və “Açıq mikrofon” formatında ilə keçən görüşdə Xəzər RiH başçısı Elşən Salahov Prezident ilham əliyevin dövlət qurumları rəhbərlərinə yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini bildirmiş, son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışmışdır.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Səyyar görüşdə Bakı şəhər icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov  çıxışında, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verdiyini bildirib.

Qəbulda iştirak edən sakinlər Xəzər rayonunda, xüsusilə Türkan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident ilham əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Bakı şəhər icra Hakimiyyəti Mətbuat Xidməti

 

ŞƏRHLƏR