"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyə bələdiyyələri Makedoniyaya yardım karvanı göndərdilər

--2016-09-02 / 11:19

Avqust ayının əvvələrində Makedoniyanın paytaxtı  və ətrafında baş verən sel fəlakətinin ardından 22 nəfər həyatını itirib və regionda böyük maddi ziyan meydana gəlib.  Baş verən fəlakətin ardından Türkiyədə bir çox bələdiyyə, müəssisə və təşkilatlardan Makedoniyaya  maddi  yardımın göndərilməsi qərara alınıb.

Bu barədə məlumat Belediyye.infoya Türk Dünyası Bələdiyyələr Birliyindən daxil olub. Məlumatda qeyd edilir ki,  meydana gələn fəlakətin vurduğu ziyanın aradan qaldırılması  çərçivəsində istanbul Böyükşəhər Bələdiyyəsi, Mərmərə Bələdiyyələr Birliyi və Türk Qızıl Aypara tərəfindən maşın, avadanlıq ilə gigiyena və qida materialı ilə dolu 11 yük avtomobili yardım göndərilib.

Yardım karvanına istanbul Böyükşəhər Bələdiyyəsi, Bursa Böyükşəhər Bələdiyyəsi, Balıkesir şəhər icra Hakimiyyəti, Manisa Yunusemre Bələdiyyəsi,  Rumeli Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi, Vəqflər Baş idarəsi, Bursa Orhangazi Bələdiyyəsi tərəfindən təbii fəalkətdən ziyan çəkmiş əhali üçün vacib olan zəruri avadanlıqlar və yeyinti məhsulları göndərilib.

Yola salma mərasimində çıxış edən Mərmərə Bələdiyyələr Birliyi Sədr Müavini və Bağa Baxanlar Bələdiyyə Sədri Loğman Çağırıcı qardaşlığın sərhəd tanımadığını qeyd edərək, istər xaricdə, istər daxildə qardaşlarımızın yanında olduqlarını bildirib.

Belediyye.info

ŞƏRHLƏR