"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyə bələdiyyələrinin təmsilçiləri şəmkirdə olub

--2015-11-20 / 22:04

Türkiyənin Mersin Anamur bələdiyyəsinin sədri Mehmet Türe və nümayəndə heyəti şəmkir bələdiyyəsinin qonağı olmuşdur.  Nümayəndə heyyətinin ilk görüşü şəmkir rayon icra hakimiyyətində olub. Görüşdə  şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və şəmkir Rayon icra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.

Toplantı iştirakçıları “dəyirmi masa” ətrafında bələdiyyələrarası birgə layihələrdən söz açaraq, əməkdaşlıq yollarını müzakirə ediblər.

Səfər çərçivəsində nümayəndə heyyəti “şəmkir səbəti”, şəmkir Agropark, “Ceyrançöl” MMC və istilikxanalar ilə tanış olublar.

Türkiyənin Mersin Anamur bələdiyyəsinin nümayəndə heyəti həmçinin Heydər əliyev Mərkəzini ziyarət edərək, Ulu öndərin abidəsi önünə tər çiçəklər qoyublar. Mərkəzdə sərgilənən Ulu Öndərə aid maraqlı faktlar, foto və digər ünikal eksponatlar nümayəndə heyətinin marağına səbəb olub.

Daha sonra nümayəndə heyəti bir qrup şəmkirli iş adamları ilə görüşmüş, kənd təsərüfatında aparılan işlər barəsində geniş müzakirə aparılmışlar.

Səfərin sonuncu günü qonaqlar “Zəka” Gənclərin intellektual inkişaf və Yaradıcılıq Mərkəzi, Bayraq meydanı və şəmkir şəhər Parkı ilə tanış olublar.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Belediyye.info

ŞƏRHLƏR