"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyə bələdiyyəsi bosniyalı məktəblilərə dəstək verdi

--2016-05-12 / 00:39

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) üzvü olan Tavşanlı Bələdiyyə Başçısı Mustafa Gülər Bosniya-Herseqovinada reallaşdırılan səfərlə bağlı açıqlama verərkən bildirib ki, Təhsil Nazirliyi, Yunus Emre institutu, TiKA, TDBB, Bosniya  Təhsil Nazirliyi və bəzi qeyri-hökumət təşkilatlarının iştirakıyla Bosniya Hersoqovinadakı  qardaşllaşmış şəhəri Doboj-istok'tada müxtəlif ictimai əhəmiyyətli layihələri reallaşdırılıb.

Bu barədə məlumatı Türk Dünyası Bələdiyyələr Birliyinin rəsmi internet resursu yayıb.

2010-ci ilin etibarən Bosniya ilə qardaşlıq əlaqələrini qurulduğunu dilə gətirən bələdiyyə başçısı Mustafa Gülər səfərlə bağlı bildirib  ki, "Tavşanlı Bələdiyyəsi olaraq ötən il 150 Bosniyalı uşağı sünnət etdirmişik. Bu səfərdə isə bələdiyyəmizin daimi olaraq dəstək verdiyi Bosniya Herseqovinada müharibə və zorakılıq qurbanlarının müalicə edildiyi və təxminən 400  çarpayılıq “Emmaus Duje” Reabilitasiya Mərkəzini ziyarət edərək qardaş şəhər Doboj-istok'takı 6.000 şagirdə məktəb ləvazimatları təqdim etdik.”

Qeyd edək ki, Tavşanlı Bələdiyyəsi ilə yanaşı səfərdə Kahramanmaraş, Keçiören, Gebze və Altındağ Bələdiyyələrinin təmsilçiləri də iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR