Bələdiyyələrin mülkiyyətinə torpaq vermə prossesi başa çatdırılmalıdır. Biz bələdiyyələrin səviyyəsini yüksəltməliyiksə, bu məsələni nəzərə almalıyıq”. Bu barədə bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli bələdiyyələrin mövcud problemlərindən danışarkən qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda bələdiyyə seçkiləri zamanı seçki prossesində vətəndaş olaraq, seçdiyimiz insanların da çəkisinə, nüfuzuna, savadına, o cümlədən bələdiyyəyə verə biləcək faydanı nəzərə alıb seçməliyik.
“Eyni zamanda bələdiyyələrin, üzvlərinin sayı azaldılmalıdır. Azərbaycanda idarəetmədə regional idarəetməyə keçidin əsası qoyulmalıdır. Bununla bağlı cənab prezidentin sərəncamı var. işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklər yaradılır. Bu yaxınlarda Naxçıvanda xüsusi nümayəndəlik yaradıldı. Regional idarətməni tətbiq etməklə, biz həm də bələdiyyələrin səlahiyyətini, təsir dairəsini artırmış oluruq.
Qanunvericiliklə 14 iqtisadi zona nəzərdə tutulub. O zonalarda xüsusi nümayəndəlik yaradılsa, yerli icra hakimiyyətləri ləğv edilərək, onların səlahiyyətlərinin bir qismi bələdiyyəyə, bir qismini müvafiq mərkəzi orqana verilsə, bu bələdiyyələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında rol oynaya bilər”. Ekspertin sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən yararlanamaq önəmlidir. Belə ki, xüsusilə Türkiyə təcrübəsindən istifadə etmək daha məqsədəuyğundur.
Çünki Türkiyədə bələdiyyələr böyük bir tarixə malikdir.
“Bu gün 16 milyon əhalisi olan istanbulda bütün idarəetmə istanbul Böyük şəhər Bələdiyyəsindədir. Bu bələdiyyənin milyardlarla dollar büdcə gəliri var. Türkiyə təcrübəsindən istifadə etmək, yararlanmaq daha məqsədəuyğun olardı.
Bu Azərbaycan bələdiyyə sistemi ilə yanaşı, idarəetmədə yeni nəfəsin gəlməsinə məsuliyyət yükünün vətəndaşın üzərinə qoyulmasına keçir. Bu da məhz həmin o yerli özünü idarəetmənin fəlsəfəsinə uyğun gəlir. Bələdiyyənin fəlsəfəsi əslində mərkəzləşməyə doğru bir addım deməkdir.
Dövlət öz üzərinə düşən məsuliyyət yükünü bələdiyyələrə verməklə, vətəndaşın üzərinə qoymaqla, müəyyən mənada onun da məsuliyyət yükünü artırmış olur”. Mütəxəssis bu problemin həllinin vacib olduğunu deyir.
iradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/440558.html