"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyədə Azərbaycanlı rejissorun şərəfinə mükafat təsis edilib

--2017-10-03 / 18:08

TÜRK DÜNYASI SəNəDLI FiLM FESTiVALI MÜKAFATLARI SAHIBLəRINI TAPDI

 ***

Layihə tərəfdaşları arasında Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) nində yer aldığı II  Türk Dünyası Sənədli Film Festivalı mükafatları  istanbulda keçirilən mərasimlə sahiblərinə verildi.

Bu barədə məlumatı TDBB yayıb.

istanbul Universiteti  Cəmil Bilsel Konfrans salonunda təşkil olunan mükafat mərasimində, "Peşəkar" kateqoriyanın birincilik mükafatını, Türkmənistandan qatılan Aina Meredova, “Blank Sheet” adlı filmiylə qazandı.

ikinci mükafat "Word Remained From Forefathers" filmi Qırğızıstandan Moldoseyit Nambetakonuv, üçüncü mükafatı isə "Sıraç" adlı sənədli filmdə Sıraç Türkmənlərinin hekayəsini ələ alan Gülşan Sarı qazandı.

Tələbə kateqoriyasında isə, Qırğızıstanlı rejissor Kasiet Kubanıçbek "Oymok" adlı filmi ilə birinci, Anıl Bayraq və Fatema Khawari "Kaset" filmi ikinci, Qırğızıstanlı rejissor Ayzada əliyevə isə "Dərviş" filmi üçüncü yerə layiq görülüb.

 Festivalın Həyat Boyu Müvəffəqiyyət Mükafatı, Türkmənistanlı rejissor Hocakulu Narlıyeve verilib. Azərbaycanlı mərhum rejissor Tofiq ismayılov xatirəsinə verilən Tofiq ismayılov Xüsusi Mükafatı isə, "7 Qız Teatrı" filmi ilə Başqırdıstan rejissor Kristen Gainetin oldu.

Türk Dünyası Xüsusi mükafatı, "Gənc Pəhləvanlar" filmi Mete Gümürhana, ipək Yolu Xüsusi Mükafatı "Taleyinə Tərk Edilənlər" filmi Kərküklü rejissor Rəşad Salihiye, Mədəniyyət Xüsusi Mükafatı isə "Yörük əli" filmi Həsrət Balcı təqdim edilib.

 Peşəkar və Tələbə Filmləri olmaq üzrə iki kateqoriyada gerçəkləşən festivala Türkiyənin yanaşı, Azərbaycan, Başqırdıstan, Çuvaşiya, Gagauz-a, Xakasiya, iran, Kabardey Balkar, Qazaxıstan, Qırğızıstan, Kosovo, Özbəkistan, Rusiya, Tatarıstan, Türkmənistan, Yakutiya və iraq Kərkükdən iştirak oldu.

 Festival  Baş Nazirin Tanıtma Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Türk əməkdaşlıq və Koordinasiya Agentliyi Nazirliyi (TiKA), Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), istanbul Böyükşəhər Bələdiyyəsi (iBB), TRT, istanbul Universiteti və Türk Dünyası Jurnalistlər Federasiyasının əməkdaşlığı ilə həyata keçirilib.

 Belediyye.info

 

ŞƏRHLƏR