Bu gün Türkiyə Respublikası Konya şəhərinin Meram Bələdiyyəsinin başqanı Fatma Neram başda olmaqla nümayəndə heyəti şəki şəhərinə səfərə gəlib. Bu baərə məlumatı şəki Bələdiyyəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Məlumatda qedy edilir ki, nümayəndə heyətini şəki Bələdiyyəsi sədrinin birinci müavini Ehtibar Nuriyev və şəki Bələdiyyəsinin üzvü Sahib əlişanbəyli Gəncə hava limanında qarşılayıb.
Qədim Gəncənin görməli yerlərini və dahi Nizaminin məqbərəsini ziyarət edən nümayəndə heyəti Türkiyəli qonaqlar şəkiyə təşrif buyurublar.
Beşgünlük səfər çərçivəsində Meram Bələdiyyəsinin nümayəndə heyəti Qədim şəkinin tarixi-memarlıq abidələri, karvansaraları, məscidləri, şəkinin tanınmış şəxsiyyətlərinin ev-muzeyləri və təbiətin əsrarəngiz guşələri ilə tanış olacaq, rayon və bələdiyyə rəhbərliyi ilə müxtəlif səpgili görüşlər keçirəcəklər.
Xatırladaq ki, şəki ilə Konya şəhərinin Meram Bələdiyyəsi arasında 2012-ci il sentyabrın 23-də şəkidə keçirilən “şəhər Günü”nə həsr olunmuş bayram tədbirləri çərçivəsində qardaşlaşmaya dair sənədlər imzalanıb.
Belediyye.info
|
|
|
|