"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyəli qonaqların şəki səfəri davam edir

--2016-05-18 / 20:36

 

Mayın 17-də Qardaş Türkiyənin  Konya şəhər Meram Bələdiyyəsinin şəkidə səfərdə olan  nümayəndə heyəti səhər saatlarında şəki Bələdiyyəsinin  sədri Elşad ibadov, sədrin birinci müavini Ehtibar Nuriyev, müavinlər Gülnaz Salamova, şirin Həbibullayevin iştirakı ilə Heydər əliyevin şəki şəhər icra Hakimiyyətinin qarşısındakı abidəsini ziyarət edib, abidənin önünə qərənfillər düzdülər.

Sonra qonaqlar şəki şəhidlər Xiyabanını, ikinci Dünya Müharibəsində həlak olmuş şəkililərin xatirəsinə ucaldılmış abidəni və şəki islam Mədrəsəsini ziyarət etdikdən sonra Kiş Alban məbədində oldular.

Qonaqları tarixi abidənin direktoru ilhamə Hüseynova qarşılayıb məbəd haqqında geniş məlumat verdi.

I.HÜseynova qonaqların diqqətinə çatdırdı ki, məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin qülləsi, bu qülləyə bitişik divarlar yerli materiallarla- şirin daşla hörülmüş kirəclə suvanmışdır. Qülləyə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülmüşdür. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi, güllə daxilində hava cərəyanı ilə izah edirlər. Bu cür maqik xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.

Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş vardır. Yeriməyən, dil açmayan vəya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün otutmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfəindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.

Məbədin direktoru onu da əlavə etdi ki, aparılan kəşfiyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut etdi. Çox qəribədir ki, misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.

Məbəd haqqında qonaqlara geniş məlumat verildikdən sonra tarixi abidənin həyətində çay stolu ərfaında müzakirələr davam etdirildi.

Kiş Alban məbədinin ziyarətindən sonra şəki Bədiyyəsində qonaqlarla görüş keçirildi. şəki Bələdiyyəsinin sədri Elşad ibadov qardaş Meram Bələdiyyəsinin nümayəndə heyətinin şəkiyə olan bu səfərinin bütün şəki ictimaiyyəti tərəfindən maraqla izlənildiyini və bu səfərə bütün şəkililərin sevindiyini bildirdi. Meram bələdiyyəsinin başkanı Fatma xanım Toru da öz növbəsində Türkiyə ilə Azərbaycanın, konya ilə şəkinin qardaşlığının əbədi olduğunu qeyd edib, şəkidə 5 günlük səfərdə olduqları üçün böyük sevinc hissi keçirdiklərini vurğuladı. Görüşdə Azərbaycanı və şəkini özünə doğma Vətən hesab edən Meram Bələdiyyəsinin ağsaqqalı Muammer bəy Yavuzla canlı telefon əlaqəsi quruldu. Muammer bəy qardaş Türkiyədən həmyerlilərinin şəkiyə səfərini böyük sevinc hissi ilə qarşıladığını bildirib bütün Azərbaycan xalqına öz sevgisini çatdırdı.

şəki Bələdiyyəsində hər iki tərəf biri-birinə hədiyyələr təqdim etdilər.

 

* * *

 Mayın 18-də Türkiyəli qonaqlarla şəki Bələdiyyəsinin kollektivi şəkinin Vərəzət kəndindəki Türk şəhidliyini ziyarət etdikdən sonra Fazıl kəndində arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş və planetimizdə yeganə olan “əbədi sükut dünyası – Labirint” muzeyi ilə tanış oldular.

 Muzeyin yaradıcısı, AMEA Arxeologiya Etnoqrafiya institutunun baş elmi işçisi, şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov və həmin institututun əməkdaşı intizar Bədəlova qonaqlara muzey haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, muzey 2006-cı ildə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi eksponatlar əsasında yaradılmışdır. Buranın özəlliyi və planetimizdə yeganə olmasının ən birinci səbəbi də torpaq altından tapılmış insan skeletlərinin, məişət və digər əşyaların olduqları yerdə tamamilə saxlanılmasıdır. Belə ki, muszeydə insan və heyvan sümükləri, qab-qacaq, silah və bəzək əşyaları üstü açıldıqdan sonra torpaqdan tamamilə çıxarlmamış və alt hissələri olduğu kimi torpaqda saxlanılmışdır. Muzeyin orijinallığı və onun yaradılmasında arxeoloqların çəkdikləri zəhmət qonaqların böyük heyrətinə səbəb oldu.

 Türkiyəli qonaqların şəki səfəri davam edir.

şəki Bələdiyyəsi, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ŞƏRHLƏR