"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyənin Gəncədəki Baş konsulu Gəncə şəhər Nizami Bələdiyyəsinin qonağı olub

--2023-03-10 / 14:54

Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop Gəncə şəhər Nizami Bələdiyyəsinin qonağı olub. Bu barədə məlumatı Gəncə şəhəri Nizmai bələdiyyəsi yayıb. 

Məlumatda daha sonra qeyd edilir ki, görüşdə Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.

Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov rəsmi qonağı salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, gündən-günə genişlənən əməkdaşlıq əlaqələrindən söz açıb.

44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və dövlətinin verdiyi mənəvi-siyasi dəstəyin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, həmrəyliyini nümayiş etdirib. Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir.

Baş konsul Recep Öztop hər iki xalqın istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirdiyini, bir-birinin sevincini və kədərini bölüşdüyünü diqqətə çatdırıb. Dəhşətli zəlzələ zamanı göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirən Recep Öztop bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb.

Belediyye.info https://www.yenigence.com/ istinadən xəbər verir ki, görüş zamanı yerli özünüidarə sahəsində Türkiyə təcrübəsinin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində atılan addımlardan danışılıb, təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək kimi mövcud perspektivlər müzakirə edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunaraq şəkil çəkdirilib.

Belediyye.info 

 

ŞƏRHLƏR