"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türkiyənin Kocaeli vilayətinin geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək

--2018-05-01 / 19:41

Bakının Nəsimi rayonunda açılışı nəzərdə tutulan izmit parkının istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin Kocaeli vilayətindən geniş tərkibli heyəti paytaxtımıza səfər edəcək.

Heyətə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, izmit bələdiyyəsinin sədr müavinləri Serkan Yeğnidəmir və Güray Oruç, izmitin park və bağlar müdiri Ayhan Varol və başqaları daxildir.

Bilal Dündar məlumat verib ki, səfər çərçivəsində Türkiyə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, digər toplantılara qatılacaq və mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Kocaelinin izmit şəhəri ilə Bakının Nəsimi rayonu qardaşlaşmış şəhərlərdir.

 https://azertag.az/xeber/Turkiyenin_Kocaeli_vilayetinin_genis_numayende_heyeti_Azerbaycana_sefer_edecek-1158530

 

ŞƏRHLƏR