"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türklər bələdiyyəsi dörd irihəcmli layihəyə imza atıb

--2018-11-18 / 18:16

“Beyləqan rayonu Türklər bələdiyyəsi bu günədək dörd irihəcmili layihəni icra edib”-bu fikirləri Belediyye.infoya bələdiyyə sədri Sabir Yunusov bidlirib.

Sədrin sözlərinə görə, birinci layihə qəsəbənin bütün küçələrinin su ilə təminatı ilə bağlı idi. Az müddət ərzində bu layihə həyata keçrildi. ikinci layihə qəsəbənin məhəllədaxili yollarının nizama salınmaıyla bağlı idi. Belə ki, layihə çərçivəsində 14 km küçə yollarının bərpası həyata keçirldi, bütün küçələrə çınqıl tökülərək qrederlə yayıldı.

Daha bir layihə isə pay torpaqlarında drenajların təmzilənməsi idi. Bununla bağlı bələdiyyə iclasının qərarıyla 11 km-lik ərazidə derenaj sistemləri təmizlənərək sakinlərin istifadəsinə verildi. Bələdiyyənin sonuncu həyata keçirdiyi layihə pay torpaqlarının suvarılması üçün su nasosunun quraşdırılması idi. Çox az müddət ərzində bu layihə də uğurla həyata keçirldi.

Sədrin sözlərinə görə, növbəti ildə bələdiyyə ciddi layihələrə imza atmaqla sakinlər qarşısında verdiyi sözə əməl etməyə çalışacaqdır.

Belediyye.info

ŞƏRHLƏR