"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Türklər qəsəbəsində küçələr adlandırılıb

--2019-01-13 / 20:18

Beyləqan rayonu Türklər qəsəbəsinin mövcud küçələrinə rəsmən adlar verilib.

Beyləqan rayon icra Hakimiyyətinin qərarıyla qəsəbənin 18 küçəsinə Azərbaycanın tanınmış simalarının adları verilib.

Onlardan dördü ölkəmizin ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəsəbə sakinləridir. Bu sıraya Mikayıl ibrahimov, Rasim Canlarov, Osman Bədəlov, Həbulah Suliyev daxildir.

Bu barədə Belediyye.infoya məlumatı Türklər qəsəbə bələdiyyəsinin sədri Sabir Yunusov bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti bələdiyyənin də təkliflərini nəzərə alaraq bir müddət əvvəl bu təklifləri təsdiq edib.

Qeyd edək ki, bu siyahiya aşağıdakı adlar daxildir:

Hüseyn Cavid, Mikayıl Müşviq, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub və 31 Mart, 9 May, 20 Yanvar, 28 May, Konstitusiya, Müstəqillik, Həmrəylik, Milli dirçəliş,   Qurtuluş.

Xatırladaq ki, qəsəbə 1961-ci ildə salınıb. Qəsəbənin əsas sakinləri Ahıska türkləridir.

Belediyye.info

ŞƏRHLƏR