Türkmənistanın istanbul şəhərindəki Baş konsulluğu, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), Türkmənistan Həmrəylik və Yardımlaşma Dərnəyi, habelə Zeytunburnu Bələdiyyəsinin birgə iştirakıyla Türkmənistanın Müstəqilliyinin 25 illiyi münasibətiylə "2016 ili mirasa hörmət etmək, vətənin yaxşılaşdırılması ili" çərçivəsində növbəti mədəni tədbir Zeytunburnu Bələdiyyəsi Mədəniyyət incəsənət Mərkəzində reallaşdırılıb.
Proqrama Türkmənistan Ankaradakı səfiri işankuli Amanlyev, Türkmənistan istanbul baş konsulu Myratgeldi Seyitmammedov, Türkmənistan Xarici işlər Nazirliyi Beynəlxalq əlaqələr institutunun prorektoru Jumamyrat Gurbangeldiyev, Türkiyə-Türkmənistan Həmrəylik və Yardımlaşma Dərnəyi Başçısı ismayıl Necdət Aygün, Türk Dünyası Bələdiyyələr Birliyi Baş katibi Fəxri Solax və TDBB-inin idarə heyətinin üzvü və Zeytunburnu Bələdiyyə Başçısı Murat Aydın qatılaraq çıxış edib.
Hər iki ölkənin milli himnlərinin oxunmasının ardından Türkmənistan haqqında təqdimat videosu nümayiş edildi.
TDBB-dən Belediyye.infoya daxil olan məlumatda daha sonra qeyd edilir ki, iştirakçıların çıxışlarından sonra türkmən mədəniyyətinə aid ənənəvi folklor və mədəni aksiyalar tamaşaçılara təqdim edilib.
Sonda qonaqlara türkmən plovu ikram edilməsiylə proqram başa çatıb.
Belediyye.info
|
|
|
|