"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

üç ayda 51 nəfər qəbulda olub

--2016-04-27 / 21:09

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibovun  Belediyye.infoya açıqlamasında bələdiyyənin   cari ilin birinci rübündəki fəaliyyətinə toxunan sədr qeyd edib ki,   cari ilin  I  rübü ərzində 3 iclas keçirmiş, iclaslarda qəsəbədə görülmüş və görüləcək abadlıq işləri, maddi yardımlar, mədəni tədbirlərin keçirilməsi müzakirə olunmuş və  müvafiq qərarlar qəbul edilmişdir.

Sədrin sözlərinə görə,  2016-cı ilin tədbirlər planına uyğun olaraq, qəsəbədə bir sıra abadlıq işləri görülmüşdür.

Belə ki, ş.Kamilov küçəsi- qəbiristanliqa gedən yol və  ə.Ağayev küçələri  tərəfimizdən əsaslı təmir olunmuş, yola asfalt – beton örtüyü vurulmuş, ətraf  kol-kosdan, tullantılardan təmizlənmişdir.

Bu müddət ərzində aztəminatlı və şəhid ailələrinə maddi yardımlar göstərilmiş,  vətəndaşlar tərəfindən  daxil olan 12 ərizə baxılaraq cavablandırılmışdır.

Qəbula gələn vətəndaşların sayı 51 nəfər təşkil etmişdir ki, onların da şikayət və müraciətləri dinlənilmiş, həlli mümkün olan məsələlər yerində həll edilmiş və bəzi məsələlərin həll edilməsi üçün aidiyyatı qurumlara müraciət edilmişdir.

Ramiz Nəsibov: “ Qarşıda görəcəyimiz xeyli işlər durur. il ərzində qəsəbənin sosial iqtisadi inkişafı, əhalinin yerli sosial məsələlərinin həlli istiqamətində işlərimizi davam etdirəcəyik.”

Belediyye.info

ŞƏRHLƏR