Novruz bayramı münasibətilə Xətai rayon icra Hakimiyyətinin təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə rayondakı 3 saylı uşaq evinin sakinləri ilə görüş keçirilib. internat evinin sakinlərini bayram münasibətilə təbrik edən rayon icra hakimiyyəti aparatının ictimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah imanov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə və Xətai bələdiyyəsinin sədr müavini Nərminə Hacıyev ölkəmizdə uşaqlara gostərilən dövlət qayğısı, torpaq, Vətən sevgisi, tarixi Zəfərimiz haqda danışıblar.
Tədbirdə bələdiyyə üzvləri Səbinə Abdullayevə, Aliə Ağrılı, Rasim Məmmədov, Fəridə Zeynalova, Bəxtiyar Sultanov da iştirak ediblər. Sonra internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs nümunələri, şerlər, musiqilər, novruz adət- ənənələrindən bəhs edən səhnəciklər nümayiş olundu.
Görüşün sonunda internat evinin sakinlərinə hədiyyələr paylanılıb.
https://www.youtube.com/watch?v=HOmekEieOHw