"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Uğurlarımızla yanaşı, problemlərimiz də var-BəLəDiYYə SəDRi YAZIR

--2017-01-23 / 10:46

Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq son illərdə ölkəmizdə yüksək iqtisadi artım templəri qorunub saxlanılmış, makrosabitlik, davamlı inkişaf və əhalinin həyat səviyyəsində ciddi  yüksəliş təmin olunmuş,  sosial yönümlü inkişafın sürətləndirilməsi və davam etdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir.

Respublikanın hər yerində olduğu kimi rayonuzmuzda da sürətli irimiqyaslı işlərin görülməsi daim diqqətdə saxlanılmışdır. Artıq bələdiyyə sədri kimi 2 il fəaliyyət göstərməyimə baxmayaraq  çalışıram ki, şəhər bələdiyyəsi də şəhərdə gedən tikinti quruculuq abadlıq işlərindən kənarda qalmasın.  Belə ki, hesabat ilində  şəhərin  H.əliyev prospektində gedən abadlaşdırma  işləri ilə əlaqədar  Qazbinə  kəndi istiqamətində  qapılar təmir  olunmuş  və rənglənmişdir. H.əliyev  prospektində  iki tərəf  səkilərin xarab olmuş  tamet  daşları  sökülərək  yenisi ilə əvəzlənmişdir.

H.əliyev prospektində   Dağ üstü parkda  Azərbaycan xəritəsi  təmir olunmuş, Azərbaycan xəritəsində doğma vətən sözü və körpünün  işıqları yenidən təzələnmişdir.

Müntəzəm olaraq hər ay işçilərin əmək haqqı , eyni vaxtda üstəliklərin  ödənilməsi təmin edilmişdir.  Təsdiq olunmuş qrafikə uyğun olaraq hər ay vaxtı-vaxtında  bələdiyyə şurasının  iclasları keçirilir, qarşıya qoyulmuş məsələlər  müzakirə edilmişdir.

il ərzində  99 ərizə daxil olmuşdur, onlardan 52 nəfər perspektiv torpaq sahəsi olmadığına görə  növbəyə alınmışdır. 31  nəfəri  özünün istfadəsində  olan  həyətyanı  torpaq sahəsinin  satılması üçün  ərizə verilmişdir.  Sənədlər hazırlanaraq  icra üçün  reyestrə  göndərilmişdir.         2016-cı il ərzində 7 iş başa  çatdırılaraq  notariusda alqı-satqı olunmuşdur.

 

Hesabat  ilində aşağıdakı sahələr üzrə  vəsait daxil olunmuşdur.

                                      Proqnoz                                 Fakt

Torpaq vergisi -             22250.00                             10192.76    əmlak-                           49000.00                          28327.00                            Alqı-satqı-              110000.00                           25742.60                                 Digər gəlirlər-                 7000.00                                658.00                              Subsidiya-                      100000.00                     2620.00                                   Reklam-                           3000.00               2900.00                                     Torpaq icarə haqqı-                                          1095.00

Cəmi:                                                                     71.535.36                          

Bələdiyyənin hesabat ilində xərcləri aşağıdakı şəkildə olmuşdur.

əmək haqqı-        36134.52                                                                                DSMF-                 11022.71                                                                            Təmirvə abadlıq- 10988.34                                                                          Sair xərc-              13013.52

Cəmi:                   71159.09           

Uğurlarımızla yanaşı bir sıra çətinliklərdə mövcuddur. Məlum məsələdir ki, bələdiyyə büdcəsinin əsasını əmlak və torpaq vergisi, torpağın alqı –satqısından, reklamlardan və icarə haqlarından daxil olan vəsait təşkil edir.

Tərəfimizdən daim maarifləndirmə işlərinin aparılmasına baxmayaarq hələ də vergilərin yığımında bəzi vətəndaşlar bir sıra problemlər yaradır və vergilərdən yayınmaq istəyir. Həmin şəxslərin artıq siyahısı hazırlanır və məhkəməyə göndəriləcəkdir.

Cari ildə və növbəti illərdə də şəhər bələdiyyəsi kollektivi qarşıya qoyulmuş layihələrin icra olunması, əhalini narahat edən problemlərin həlli və şəhərimiz abadlığı üçün əlindən gələni əsirgəməyəcəkdir.2017-ci ildə H.əliyev prospektində yaşıl dekorativ ağacların əkilməsi, gül -çiçəkəlin salınması və şəhərin görkəmini itirən yol kənarlarında olan damların yenilənməsi nəzərdə tutulmuşdur.

şəhər iəD üzrə nümayəndəsinin 2016-ci ildəki fəaliyyətinin kafi qiymətləndirirəm.

 

əfqan Səfərov

Balakən bələdiyyəsinin sədri

ŞƏRHLƏR