"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Uğurlarına görə təltif edildilər

--2022-06-14 / 16:21

Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin müvafiq Sərəncamı ilə “şuşa ili”

elan olunmuş 2022-ci ildə ismayıllı şəhər məktəbləri arasında Sərəncamdan irəli gələn vəzifələrin icrasında göstərdiyi xüsusi fəallığa görə 14 iyun 2022-ci il tarixində A.Aslanov adına ismayıllı şəhər 2 nömrəli tam orta məktəbi ismayıllı bələdiyyəsinin Təşəkkürnaməsi və qiymətli hədiyyələri ilə təltif olunub.

Məktəbdə 2021-2022-ci dərs ilinin yekununda keçirilən “Son zəng” tədbirində pedaqoji kollektiv, valideyn və şagirdlərlə bərabər Yeni Azərbaycan Partiyası ismayıllı rayon təşkilatının sədri Zaur Muradov, ismayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, “ismayıllı xəbərləri” qəzetinin baş redaktoru şahməmməd Soltanov da iştirak edib.

Tədbirdə çıxış edən bələdiyyə sədri P.Ağayev məktəb kollektivini dərs ilində qazandıqları çoxsaylı uğurlara görə təbrik edib və məzunlara təhsildə olduğu kimi, həyatda da yüksək nailiyyətlər əldə etməyi arzulayıb.

Ülkər əsədova,

ismayıllı bələdiyyəsinin əməkdaşı

ŞƏRHLƏR