Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlılar Konqesi məlumat yayıb. Məlumatda bildirilir ki, sərəncama əsasən Fərid Kamil oğlu Səfərov Ukrayna infrastruktur Nazirliyinin Nəqliyyat üzrə Rəqəmsal infrastruktur Müdirliyinin baş direktoru kimi Ümumdünya Poçt ittifaqının Üçüncü Fövqəladə Konqresində iştirak edəcək nümayəndə heyətinə qatılacaq. 2015-ci ildən bu vəzifəyə təyinat alan F.Səfərov Prezident sərəncamıyla yeni statusda həm də adıçəkilən heyətdə Ukraynanı təmsil edəcəkdir.
əslən Gəncə şəhərindən olan Fərid Səfərov Taras şevçenko adına Kiyev Dövlət Universitetini bitirib. ingilis, fransız, Ukrayna, rus və Azərbaycan dilini sərbəst bilir.
Həmyerlimizin təyin edildiyi vəzifə stateji baxımdan nəqliyyat strukturunda əsas vəzifələrdən hesab olunur.
Belediyye.info