“5 iyun – ətraf mühitin mühafizəsi günü” münasibətilə Binəqədi Rayon icra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və idman idarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Novxanı çimərlik ərazisində, sahilyanı zonada təmizlik aksiyası keçirilmişdir.
Binəqədi bələdiyyəsindən daxil olan məlumata görə, aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və Rayon icra Hakimiyyətində təcrübə keçən ASAN könüllülər iştirak edib. Akisyaya 5 texnika cəlb edilməklə çimərliyini qum örüyü xüsusi mexanizm ilə yumşaldılaraq, 10 hektar ərazidən müxtəlif növ tullantılar təmizlənib.
Aksiyanın sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edilib.
Belediyye.info