"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Van gölündə üzən bələdiyyəyə məxsus otel fəaliyyət göstərəcək

--2020-08-20 / 19:26

Türkiyənin Van gölündə fəaliyyət göstərməsi nəzərdə tutulan üzən otelin qurulmasına dair layihə təsdiq edilib.

Layihə Van vilayətinin Edremit rayon bələdiyyəsinə aiddir. Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi layihəni təsdiq edib. Layihəyə görə, üç mərtəbəli gəmi-otelin tikintisinə iki milyon türk lirəsi (təxminən 300 min ABş dolları) vəsait ayrılacaq. Bildirilir ki, gəmi-oteldə otelçilik və turizmçilik sahəsinin mütəxəssisləri müştərilərə birgə xidmət edəcəklər.

Sabir şahtaxtı

AZəRTAC-ın xüsusi müxbiri

Ankara

 

ŞƏRHLƏR