"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vaqif Həsənov ilk səyyar qəbul keçirib

--2018-08-31 / 17:02

Ağdam Rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov ilk səyyar qəbulunu keçirib. Bu barədə məlumatı Ağdam RiH yayıb.

Məlumatda bildirilir ki, avqustun 31-də sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə imamqulubəyli  kəndində səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin və bələdiyyə rəsmilərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Kənd sakinlərindən Bayram Hüseynov, Məhəbbət Davudov, əsgər ibrahimov, Zöhrab ismayılov və başqaları əhalinin həyat şəraiti və bəzi problemlər barədə məlumat veriblər.

Sakinlər rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə ediblər.

Çıxışlarda, eyni zamanda kənddə yeni subartezian quyularının qazılmasına, tibb məntəqəsinin tikilməsinə, kəndarası küçələrin təmirinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Ağdam RiH başçısı Vaqif Həsənov görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Belediyye.info

ŞƏRHLƏR