"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vaqif Həsənov Qərvənd sakinləriylə görüş keçirib

--2018-09-14 / 15:07

əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qərvənd köçkün qəsəbədə səyyar qəbul-görüş keçirib.

Bu barədə məlumatı Ağdam RiH yayıb.

Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələrinin rəhbərlərinin və bələdiyyə sədrlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Çıxış edən icra başçısı ölkə prezidenti cənab ilham əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.

Kənd sakinlərindən əvəz Mikayılov, Məhərrəm Abbasov, Vaqif ismayılov, Bakir Mehdiyev, Vahid əliyev, Fəxrəddin Zeynalov, Vüqar Ağayev, Qara Qasımov və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından, köçkün qəsəbəsinə və kəndə gedən avtomobil yolunun asvalt örtüyü ilə çəkilməsindən razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər.

Sakinlər çıxışlarında kənddə yeni subartezian quyusunun qazılmasına, Tibb məntəqəsinin qazla təmin edilməsinə, Qərvənd kənd orta məktəbinin istilik sisteminin təbii qaz xəttinə qoşulmasına, Qəsəbə sakinlərinin içməli suya olan tələbatlarının təmin olunmasına, sosial müavinət və digər məsələlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.

Ağdam Rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Belediyye.info

ŞƏRHLƏR