"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vaqif Həsənovun belə müdafiəyə ehtiyacı varmı?

--2019-12-22 / 19:35

Məlum məmurların həbsindən sonra icra başçılarının sonrakı fəaliyyəti KiV-də və sosial mediada ciddi müzakirə obyektinə çevrilməsinə təbii proses kimi baxılmalıdır. Son on beş ildə DTX tərəfindən, deyərdim bəlkədə ilk dəfə, bir rayonun icra hakimiyyətinin başçısının, habelə digər bir rayonun sabiq icra başçısının həbsi ciddi məsələdir və əslində cəmiyyətdə elə belə də rezonans yaratmalıydı. Belə bir məqamda iki gün ərzində gündəmi zəbt edən həbslər ətrafında digər icra başçılarının işi barədə müxtəlif obyektiv və subyektiv fikirlərin səsləndirilməsi də təbii qarşılanmalıdır.

Lakin bəzən subyekitv və həqiqəti əks etdirməyən fikirlər səsləndirənlərə qarşı kütləvi “hücum”ların edilməsi konkret olaraq həqiqətən xidməti olan icra başçısına “ayı xidməti” göstərmək kimi qəbul edilir. Bugün bu cür süni şəkildə bəlkə də təşkil edilən həmin fikirlərin nə təkzib edilməsinə və nə də xalqının qarşısında həqiqətən xidməti olan icra başçısının müdafiəsinə ehtiyac yoxdur.

Belə olan halda gərək sosial mediada Saatlı icra Hakimiyyətinin başçısı Nazim ismayılovun ürəkli hərəkəti barədə də yazılmalı olan statuslar sosial medianın “diqqətində” olmalı idi. Çünki ölkə başıçısının qarşısında rəhbərlik etdiyi rayonun ciddi bir problemini qaldırmışdı. Heç buna reaksiya olmadı...

Sözümün canı ondadır ki, dostlar bu gün Ağdam RiH başçısı Vaqif Həsənovun və digər şəxslərin müdafiəyə ehtiyacı yoxdur. Çünki ortada icra olunan layihələr vardır. Demək iş varsa narahatlığa da ehtiyac yoxdur. 

Vaqif Həsənov hazırda Ağdam rayonunda dəyərli insan Nizami Sadıqovla başlayan və Raqub Məmmədov tərəfindən davam etdirilən islahatları ciddi şəkildə davam etdirir.

Sözünə bütov və verdiyi sözə daim tutan Vaqif Həsənovu gəlin bu şəkildə müdafiə etməyək. Bu cür müdafiə ilə həm özümüzü, həm doğma Ağdamımızı ucuzlaşdırırıq.

Kiminsə hansısa fikrinə isə plürealizmdən doğan bir proses kimi baxaq.

Vüqar Tofiqli

ŞƏRHLƏR