"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vəndam bələdiyyəsi büdcəni təsdiq edib

--2018-12-12 / 16:48

Qəbələ rayonu Vəndam bələdiyyəsində növbəti ilin büdcəsi təsdiq edilib. Bununla bağlı Belediyye.infoya məlumatı Vəndam bələdiyyəsinin sədri Asif Həşimov bildirib.

Sədrin sözlərinə görə, oktyabr ayından başlanan müzakirələrə bu günlərdə yekun vurulub.

Büdcə layihəsində həm bələdiyyə üzvlərinin, həmdə seçicilərin təklifləri nəzərə alınıb. Hazırda növbəti ildə bələdiyyə büdcəsinin 96 min manat olması nəzərdə tutulub.

Sədr daha sonra bildirib ki, 96 min manatın 35.000 manatı fiziki şəxslərdən torpaq vergisindən, 12.500 manatı fiziki şəxslərdən əmlak vergisindən,   bələdiyyə əmlkanın özəlləşdirilməsindən 24.000 manat, icrayə verilməsindən 5.000 manat, digər fəaliyyətlərdən isə 15.000 manat maliyyə vəsaitinin əldə edilməsi nəzərdə tutulub.

Bələdiyyə xərclərinə gəlincə sədr bildirib ki, hər il olduğu kimi əsas seçicilərin təklif və tövsiyələri nəzərə alınıb.

Belediyye.info

ŞƏRHLƏR