"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vəndamlı gənclərdən diqqətiçəkən addım

--2020-08-23 / 18:50
Bu gün Tovuz döyüşlərində erməni təxribatı nəticəsində qəhrəmancasına həlak olanların 40-cı günü idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu şəkillər Qəbələ rayonu Vəndam qəsəbəsində şəhid General-mayor Polad Həşimovun doğulduğu kənddə çəkilib.
Vəndamlı gənclər öz vəsaitləri hesabına qəsəbədə olan şəhidlər xiyabanını qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin iştirakıyla təmir edərək, belə gözəl səliqə-səhman yaradıblar.
Sanki bununla bütün şəhidlərimizə, o cümlədən general Polad Həşimova bir daha ehtiramlarını bildiriblər.
Eşq olsun Vəndamlı gənclərə. Demək, gənclərimiz bu addımlarıyla cəmiyyətə həmdə bir mesaj verdilər:
BiZ VARIQ, BiZ VəTəNiMiZi SEViRiK, ONDAN ÖTRÜ CANIMIZDAN KEÇMəYə Də HAZIRIQ, TəKi ALi BAş KOMANDANIMIZ əMR ETSiN!!!
ŞƏRHLƏR