Venesiyanın bələdiyyə idarəsi şəhərin tarixi mərkəzində yeni otellərin açılmasına qadağa qoyacaq.
Bu təklifi irəli sürən Venesiya şəhərinin planlaşdırılması üzrə müşaviri Massimiliano De Martin bu qərarın şəhərin qorunması üçün vacib olduğunu söyləyib. Onun sözlərinə görə son on ildə Venesiya turizmin artan təzyiqinə məruz qalıb. O əlavə edib ki, hotellər şəhərin qədim yaşayış binalarını getdikcə daha çox ələ keçirir.
Venesiya şəhər bələdiyyə başçısı Luigi Brugnaro ilk dəfə cari ilin aprelin sonunda yeni turist məskənlərini bağlamaq barədə planlarını açıqlayıb.
Yerli sakinlər və turistlər arasında gərginlik illərdi davam edir və keçən yay şəhərin mərkəzində “Turistlər, çıxın gedin”, “Siz şəhəri məhv edirsiniz” kimi yazılı şüarlar çap olunaraq paylanılıb.
Son illər “çəlləklər şəhərinə” axın edən çoxsaylı turistlər Venesiyanın daimi sakinlərinin sayının azalmasına səbəb olub. əgər depopulyasiya mövcud istinadlara əsasən davam edərsə 2030-cu ilədək şəhərdə bir nəfər də olsun daimi sakini qalmayacaq.
Venesiya şəhər şurasının qadağanın qəbul edilməsi haqda qəti qərarının gələn həftə elan edilməsi gözlənilir.
http://azertag.az/xeber/1067831
AZəRTAC-ın xüsusi müxbiri
Roma