Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” ictimai birliyi tərəfindən “Vərəm və COViD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyəti təşkilatları və icmaların COViD-19 pandemiyası dövründə Milli Vərəm və iiV/QiÇS-lə mübarizə proqramlarına dəstəyi - Beynəlxalq təcrübə" mövzusunda onlayn konfrans keçirilib.
Koronavirusun sürətlə yayılması nəticəsində tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti ilə bağlı proqnozlaşdırılan dəyişikliklər resursların yenidən bölüşdürülməsini və səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Konfransın məqsədi pandemiya zamanı Moldova Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) Milli Vərəm və iiV/QiÇS-lə mübarizə proqramlarına dəstək olmaq üçün həyata keçirdikləri müsbət təcrübələrlə tanış olmaq idi. QHT-lər bu çətin dövrlərdə profilaktika, müalicə və qayğı, təbliğat və ictimai monitorinqlə bağlı xüsusi fəaliyyət təcrübələrini və öyrənilmiş dərsləri bölüşdülər.
Konfransı giriş sözləri ilə Ümumdünya Səhiyyə təşkilatı ölkə nümayəndəsi Dr. Cəvahir Süleymanova, Ümumdünya Səhiyyə təşkilatının Avropa Regional bürosunun nümayəndəsi Dr. Oqtay Gözəlov və Cenevrədə yerləşən Stop TB Partnerşip qurumunun proqram rəhbəri Dr. Thandi Katlholo konfransın işinə uğurlar arzu ediblər.
Moldovanın Vərəm və iiV/QiÇS-lə mübarizə aparan SMiT, AFi, TDV və Speranta Terrei qeyri-hökumət təşkilatlarının nümayəndələri COViD-19 pandemiyası dövründə Milli Vərəm və iiV/QiÇS-lə mübarizə üzrə Dövlət proqramalarının icrasının davamiyyəti üçün göstərilən dəstək barədə təqdimatla çıxış ediblər.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, bu istiqamətdə 25 iyun tarixinə planlaşdırılan növbəti tədbirdə isə Ukrayna və italiya QHT-ləri öz təcrübələrini paylaşacaqlar.