"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vergi güzəştləri tətbiq olunan şəxslərin SiYAHiSi

--2015-06-03 / 11:59

əmlak vergisi aşağıda qeyd olunan  şəxslərə tətbiq edilmir:

- Vergi güzəştləri Azərbaycan Respublikasının Milli Qəhrəmanları; Sovet ittifaqı və Sosialist əməyi Qəhrəmanları; müharibə əlilləri; həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri); 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər; qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər; Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

- Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır:

-Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

 -Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə bu parklardakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.

-Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) fiziki şəxslər 2019-cu ilin yanvar ayının 1-dək bu fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar

 

ŞƏRHLƏR