Azərbaycan şəhər Bələdiyyələrinin Mili Assosiasiyasının sədri Təmraz Tağıyevin Belediyye.infoya açıqlamasında bildirilir ki, bu günlərdə bank hesabından nağd qaydada çıxardığı pul vəsaitinə görə, banklar tərəfindən bir faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması və tutulması barədə assosiasiyanın müraciətinə Vergilər Nazirliyində baxılıb.
Vergilər nazirinin müavini ilkin Vəliyevin imzasıyla assosiasiyaya ünvanlanan məktubda qeyd edilir ki, Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə bir faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Bələdiyyələr tərəfindən öz fəaliyyətləri ilə bağlı bankda olan hesablarından pul vəsaitinin nağdlaşdırılımasına görə, bir faiz dərəcəsi ilə sadələşdirlimiş verginin hesablanması Vergi məcəlləsində nəzərdə tutulmamışdır.
Məktubda daha sonra qeyd edilir:
Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 103.1.4 maddəsinə əsasən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər istisna olmaqla yerli özünüidarəetmə orqanlarının gəlirləri vergidən azaddır. Buna əsasən bələdiyyə mülkiyyətində olan əmlakın və ya torpağın təqdim oluması üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanmır.
Yuxarıda qeyd edilənlər Vergi məclləsinin 106.1.4, 150.1.12 və 220.12- ci maddələriylə tənzimlənir.
Qeyd edək ki, məktubda daha sonra bu məsələ ilə bağlı anlaşılmazlıq yarandığı halda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 195-1 və vergi ödəyiciləriniə xidmət mərkəzlərinə müraciət edilə bilər.
Belediyye.info