Binəqədi Rayon icra Hakimiyyətinin təşəbbüsü, Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Binəqədi rayon, Biləcəri bələdiyyəsində “Yerli (bələdiyyə) vergilər və ödənişləri”, “Bələdiyyələrin maliyyəsinin əsasları” mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur. Bu barədə məlumatı Binəqədi rayon Biləcəri bələdiyyəsi yayıb.
Vergilər Nazirliyinin əməkdaşları Baş dövlət vergi müfəttişi Samir Məmmədovun, Dövlət vergi müfəttişi Elvin Məcidovun və Binəqədi Rayon icra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bələdiyyə vergiləri və rüsumlarının yığımına cavabdeh şəxslər dinlənilmiş, mövcud problemlər araşdırılmışdır.
işgüzar və qarşılıqlı dialoq şəklində keçən tədbirlərdə bələdiyyədə yerli vergilərin və ödənişlərin yığılmasını daha yaxşı təşkil etmək məqsədi ilə əhali arasında maarifləndirmə işinin təşkili və vergi uçotunun düzgün qurulması istiqamətlərində müvafiq tövsiyələr verilmişdir.
Belediyye.info