"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vergilər Nazirliyi Binəqədi sakinləriylə görüş keçirib

--2017-04-12 / 16:24

2017-ci il aprelin 11-də Binəqədi Rayon icra Hakimiyyətinin təşəbbüsü, Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Yerli (bələdiyyə) vergilər və ödənişlər” mövzusunda Binəqədi bələdiyyəsinin ərazisində yaşayan sakinlər arasında maarifləndirmə tədbiri təşkil olunub. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Qeyd edək ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli 683 nömrəli Fərmanının 2-ci bəndinə əsasən bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

Tədbirdə Vergilər Nazirliyinin Departament direktoru əvəz Quliyev, Dövlət vergi müfəttişi Elvin Məcidov, Binəqədi Rayon icra Hakimiyyətinin məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədr müavinləri, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdirləri, sektor müdirləri və 6,7,8 və 9-cu mikrorayon sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Departament direktoru əvəz Quliyev “Yerli (bələdiyyə) vergilər və ödənişləri”, “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında Azərbaycan Respublikasının Qanunları və Azərbaycan Respublikası Vergilər Məcəlləsi barədə iştirakçılara ətraflı izahat verib.

işgüzar və qarşılıqlı dialoq şəklində keçən tədbirdə sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR