Azərbaycan Respublikası Vergilər Nazirliyinin şamaxı şəhərində yerləşən Tədris Mərkəzində "Bələdiyyə Vergi informasiya Sistemi" (BViS) proqram təminatının tətbiqi mövzusunda təlim keçirilib. Təlimdə Bakının Binəqədi, Sabunçu və Suraxanı rayon bələdiyyələrinin sədrləri iştirak ediblər.
Təlimi giriş sözüylə açan Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idrəsinin rəisi Nicat imanov açaraq təmsil etdiyi nazirliyin yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uşota alınması, yerli vergi və ödənişlərin hesablanması və uçotu, habelə bu ödənişlərin elektron qaydada ödənişini nəzərdə tutan sistemin pilot şəklində Binəqədi rayon bələdiyyələrində tətbiq edildiyini bildirərək digər bələdiyyələr üçün bu sistemin tətbiqində hər hansı problem olmadığını qeyd edib.
Tədbirdə nazirliyin şöbə rəisi şükür əhmədov, o cümlədən nazilriyin əməkdaşı Elvin Hacıbalayev müxtəlif movzularda çıxış edərək bu sistemin tətbiqinin bələdiyyələr üçün vacib olduğunu qeyd ediblər.
Təlimin sonunda bələdiyyə sədrlərini narahat edən suallar cavablandırlıb.
Belediyye.info