Öz fəaliyyətində Azərbaycan Respublikası Konistitusiyanın müvafiq maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa və bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara əsasən Salyan bələdiyyəsi işini seçicilərin təkliflərinə müvafiq müəyyənləşdirməklə bələdiyyə üzvlərinin iclaslarında qəbul edilən yerli proqramlara uyğun həyata keçirir
Ümumiyyətlə, cəmiyyətimizdə yerli özünüidarəetmə orqanı kimi digər strukturlarla müqayisədə yeni olduğundan qarşıya qoyulan məqsədləri həyata keçirərkən bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşsək də 2016-cı ilin 6 ayı ərzində bələdiyyəmiz xeyli işlər görüb.
Bu gün rayonumuzdakı tikinti, abadlıq, quruculuq işlərini görməmək mümkün deyil. Bu işlərdə Salyan bələdiyyəsi yerli özünüidarəetmə orqanı kimi fəaliyyətini günbəgün inkişaf etdirir və genişləndirir şəhərin sosial-iqtisadi probleminin həllində, abadlıq-quruculuq işlərində fəallıq nümayiş etdirir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçrilməsində iştirak edir. Salyan bələdiyyəsinin 15 nəfər üzvü vardır. Bunlardan 5 nəfəri qadındır. Bələdiyyədə 5 daimi komissiya və icra aparatı fəaliyyət göstərir.
Hesabat dövründə bələdiyyəmiz 16 yığıncaq keçirmiş, 69 müxtəlif məsələ müzakirə edilib. Məsələlərin həlli əsasən sosial sifarişlər əsasında, sakinlərin müraciəti, təklifləri əsasında kollegial şəkildə həyata keçirilir.
Bələdiyyələr özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və çoxmərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına formalaşdırılır. Bu sahədə də xeyli çətinliklər mövcuddur. əhalinin yerli vergi ödənişi sahəsində maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülür ki, bu da öz müsbət nəticələrini verməkdədir.
Bələdiyyə üzvləri və bələdiyyə aparatı işçiləri əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barəsində hesabat verir, onların təklif və məsləhətlərini dinləyir, problemlərini özlərinin arzuladığı formada həll etməyə çalışır. Bələdiyyə üzvlərinin və bələdiyyə aparatı işçilərinin şəhər əhalisi arsasında apardığı təbliğat işləri nəticəsində əhalinin bələdiyyəyə inamı daha da artır və ilbəil əhalidən yığılan əmlak və torpaq vergisinin miqdarı artmaqdadır.
Hesabat dövründə bələdiyyə büdcəsinə daxil olmuş vəsait şəhərin abadlığı, sosial quruculuğu məsələlərinə, imkansız və şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobıl əlillərinə və bələdiyyə icra aparatının saxlanmasına xərclənib.
Bu dövrdə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz vardır.
Ümumiyyətlə, bələdiyyəçilik, cəmiyyətimizdə yerli özünüidarəetmə orqanı kimi digər strukturlarla müqayisədə yeni olduğundan qarşıya qoyulan məqsədləri həyata keçirərkən bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşsək də 2016-cı ilin 6 ayı ərzində bələdiyyəmiz xeyli işlər görüb.
Bu gün rayonumuzdakı tikinti, abadlıq, quruculuq işlərini görməmək mümkün deyil. Bu işlərdə Salyan bələdiyyəsi yerli özünüidarəetmə orqanı kimi fəaliyyətini günbəgün inkişaf etdirir və genişləndirir, şəhərin sosial-iqtisadi probleminin həllində, abadlıq-quruculuq işlərində fəallıq nümayiş etdirir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçrilməsində iştirak edir.
Bələdiyyələr özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və çoxmərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına formalaşdırılır. Bu sahədə də xeyli çətinliklər mövcuddur. əhalinin yerli vergi ödənişi sahəsində maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülür ki, bu da öz müsbət nəticələrini verməkdədir.
Salyan şəhərinin abadlığı ilə əlaqədar olaraq şəhərin 20 Yanvar, A.Ağabəyli, A.Həsənov və Q.Səmədov küçələrinə asfalt basılmasına və çınqıl tökülməsinə 9.160 manat, şəhərin küçələrinin işıqlandırılması üçün elektrik avadanlıqları alınmasına 2.474 manat, B.Talıblı küçəsi 1 saylı evin dam örtüyünün təmirinə 996 manat, akademik Z.əliyeva adına parkın təmirinə 984 manat, şəhər zibilxanasının təmizlənməsi üçün dizel yanacağı alınmasına 1800 manat, B.Talıblı küçəsinin alaq otlarından və zibillərdən təmizlənməsinə 900 manat, T.Davudzadə küçəsindəki futbol meydançasının təmirinə 1100 manat, şəhər qəbristanlığının girişində talvar düzəldilməsinə 2.850 manat, H.əliyev küçəsində və əlibəy Hüseynzadənin heykəlinin ətrafında görülən tikinti təmir işlərinə 19.639 manat, Salyan şəhər şəhidlər kompleksinin təmirinə 2.110 manat pul vəsaiti xərclənib.
Salyan Bələdiyyəsi 2016-cı ilin 6 ayında aztəminatlı və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, digər kateqoriyadan olan imkansız vətəndaşlara 4.526 manat pul yardımı etmişdir. Xalqımızın əziz günləri olan Novruz bayramında aztəminatlı ailələrə bayram sovqatı paylanmasına 1.875 manat, Ramazan bayramında aztəminatlı ailələrə iftar süfrələri açılmasına 504 manat, evi tamamilə yanmış Nəcəfov Rəsulun evinin təmirinə 2.250 manat, qrunt suların nəticəsində evi tamamilə yarasız hala düşmüş Hüseynov inqilabın evinin təmirinə 3.300 manat və həyətini su basmış Ağayeva Rənanın həyətinə torpaq daşınmasına 1250 manat pul vəsaiti xərclənmişdir.
Bələdiyyəmiz hər il həyata keçiriləcək tədbirləri rayon icra hakimiyyəti ilə birlikdə nəzərdən keçirir və yeni vəzifələr müəyyənləşdirir.
Hazırda rayon bələdiyyələri əlaqələndirmə şurası ilə rayon icra Hakimiyyəti arasında koordinasiya şurası yaradılmışdır ki, bu da işlərimizin planlı və düzgün istiqamətdə qurulmasında böyük rol oynayır.
Hesabat dövründə vətəndaşların ərizə və şikayətlərinə baxılması gündəlik fəaliyyətimizin başlıca istiqamətlərindən biri olmuşdur. 2016-cı ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən bələdiyyəyə 144 ərizə, şikayət və müraciətlər daxil olmuşdur ki, bunlar da əsasən müsbət həll edilmişdir.
2016-cı ilin 6 ayı ərzində vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün 8.483 kvm,sahibkarlıq fəaliyyəti üçün isə 456 kvm torpaq sahəsi vətandaşların mülkiyyətinə verilmişdir.
Yuxarıda qeyd olunanlarla bərabər qeyd etmək istərdim ki, görülən işlər bizi o qədər də qane etmir. ərazimizin sosial-iqtisadi həyatı ilə bağlı həllini gözləyən bir çox məsələlər vardır. Belə ki, şəhərin bir sıra küçələrinin abadlıq işlərinə, sakinlərimizin sosial- məişət şəraitindəki çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə böyük ehtiyac vardır. əhalinin qaz, su, elektrik enerjisi təchizatı ilə bağlı problemləri çox təssüf ki, bü gündə vardır. Lakin qazın, suyun, elektrik enerjisinin verilməsində subyektiv səbəblər də vardır. Belə ki, əhalinin bir hissəsinin qazın, suyun, elektrik enerjisinin pulunu ödəməməsi həmin səbəblərdən biridir.
Bu dövrdə vergi və rüsumların toplanmasında müəyyən irəlləyişlərə nail olsaq da hələ əhalidən vergilərin toplanmasında müəyyən problemlərimiz vardır.
Təssüflə qeyd etmək istəyirəm ki, indiyə qədər şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların təsdiq olunmuş xəritəsi, əksər şəxsi evlərin şəhadətnamələri yoxdur.
şəhərin təmizliyi də bələdiyyəmizin gündəlik məşğul olduğu məsələlərdəndir. Rayon icra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyi, rayon kommunal müəssisəsi ilə birlikdə Kür çayı sahili ərazilər gündəlik zibillikdən təmizlənməsinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən Kür çayı sahilinə zibil tökülməsi davam edir. Bundan başqa RiH-i tərəfindən ayrı-ayrı obyektlərin tikintisinə sərəncam verilərkən, obyektlərin 5 metr raidusda təmiz saxlanması sahibkarlara tapşırılmasına baxmayaraq, həmin ərazilərin ayrı-ayrı şəxslər tərəfindən zibillənməsi davam edir.
Bildiyiniz kimi şəhər qəbristanlığında RiH-i və şəhər bələdiyyəsi tərəfindən mütəmadi olaraq abadlıq-təmir işləri aparılır. Qəbristanlıqda abadlıq işlərinin görülməsi məqsədilə bələdiyyə tərəfindən oraya işçi-nəzarətçi təyin olunmasına baxmayaraq ayrı-ayrı vətəndaşlar qəbristanlıqda mal-qara otarır, məişət tullantıları ilə zibilləyirlər ki, bu da dözülməz haldır.
Vaqif Hüseynov
Salyan bələdiyyəsinin sədri