15 aprel 2022-ci il, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Xankəndi" məcburi köçkünlərə dəstək ictimai birliyinin "Vətən müharibəsinin Xankəndi şəhidləri" adlı sənədli filmin təqdimatı keçirilib. Filmdə Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn şəhid leytinant Namiq Cavadovun, şəhid leytinant Nicat əhmədovun, MAXE Xəqani Nəsirovun döyüş yolu, igidliyi əks etdirilir. Qəhrəman döyüşcülərin unudulmaz xatirəsinə həsr olunan “ Vətən müharibəsinin Xankəndi şəhidləri“ sənədli film Vətən üçün, xalqı üçün,torpağı üçün, bayrağı üçün canından keçən igid , mərd
oğulların səngər həyatından bəhs edir.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı, şəhid ailələri, məktəbin müəllim və şagirdləri,QHT numayəndələri, media işçiləri, Xankəndi sakinləri iştirak etmişdir.
şəhadət kəfəni geyinən
şəhidlər,məkanınız cənnət ruhunuz şad olsun
"Xankəndi" məcburi köçkünlərə dəstək ictimai birliyi