"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaş irad bildirdi, bələdiyyə sədri hesabatı açıqladı

--2018-08-13 / 14:40

Aktiv sosial media iştirakçısı Allahverdi Dönməz şamaxı rayonu Mədrəsə bələdiyyəsinin   fəaliyyətiylə bağlı replikasına cavab olaraq Mədrəsə bələdiyyəsinin sədri Asim Bayramov 2017-ci ildə bələdiyyəsinin fəaliyyətiylə bağlı hesabatı Beeldiyye.infoya göndərib

Məlumatda bələdiyyənin həyata keçirdiyi layihələr barsəində səsələnən fikirlərə cavab verilib.

Qeyd edək ki, Allahverdi Dönməz “Facobook” sosial şəbəkəsindəki replikasında qeyd edib ki, “elə bələdiyyələr var ki, onların vəzifəsi əhalidən yığılan torpaq vergilərini aralarına maaş kimi bölüşdürməklə illəri başa vurmaqdr. Təəssüflər olsun ki, şamaxı rayonu Mədrəsə qəsəbə bələdiyyəsinin işi tamam bərbaddı. əminəm ki, onların bu 5 illik fəaliyyətlərinin auditi aparılsa işləri bir başa məhkəməlik olacaqdı. Bu qədər özbaşınalığa cəngəllik qanunları ilə idarə olunan ölkələrdə də rast gəlmək mümkün deyil. Belə də özbaşınalıq olarmı?”

Mədrəsə bələdiyyəsinin heabatını tam şəkildə təqdim edirik:

“şamaxı rayonu Mədrəsə bələdiyyəsi öz fəaliyyətini təsdiq edilmiş iş planına əsasən bələdiyyənin   nizamnaməsinə və bələdiyyə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. Mədrəsə bələdiyyəsi Mədrəsə qəsəbəsini və Kərkənc kəndini əhatə edir. Bələdiyyənin ümumi ərazisi 6215.77 hektar, əhalisi 3050 nəfər təşkil edir.

Bələdiyyənin 2017-ci ildə 12 iclası keçirilmişdir. iclaslarda bələdiyyə ərazisində mövcud olan problemlərin həlli, qəsəbə və kənd əhalisi tərəfindən daxil olmuş ərizə və müraciətlərə baxılmışdır.

Bələdiyyənin 2017-cı ildə Mədəni kütləvi tədbirlər planı əsasən yerinə yetirilmişdir. Həmin planda nəzərdə tutulmuş bütün bayramlar və tarixi günlər qeyd olunub, başımıza gələn faciələr anılmışdır. “ Bir Bələdiyyə Azı Bir Layihə ” çərçivəsində nəzərdə tutulan bütün layihələr yerinə yetirilmişdir.

Bələdiyyə “ Yerli Demokratiya Həftəsi ” çərçivəsində bələdiyyədə açıq qapı günləri keçirmiş, qəsəbə və kəndin ayrı-ayrı yerlərində vətəndaşlarla görüşlər təşkil etmiş və əhalinin problemləri dinləmişdir.

Bələdiyyənin yaxşı fəaliyyət göstərməsi üçün maliyyə mənbəyinin böyük əhəmiyyəti vardır. Bildiyiniz kimi bələdiyyə büdcəsi yerli əmlak və torpaq vergiləri hesabına formalaşır. Mədrəsə bələdiyyəsinin ümumiliklə qeyd etdiyim kimi 6215.77 hektar torpaq sahəsi vardır. Ondan 2047.22 hektarı xüsusi mülkiyyətdə, 4114.55 hektarı bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir.

2017-ci ildə ümumilikdə 600 bildiriş paylanmış, 15.000 manat vergi hesablanmışdır. Vergilər BAMS proqramı vasitəsi ilə hesablanmış və bələdiyyənin Azərpoçtda olan hesabına yığılmışdır. Bələdiyyənin gəlirləri aşağıdakı kimi olmuşdur.

1. Torpaq vergisi – 6.665 manat

2. əmlak vergisi – 5.200 manat

3. Torpaq icarə haqqı – 1.120 manat

4. Dotasiya – 2.150 manat

5. Torpaq alqı – satqısı – 1.450 manat

Ümumilikdə 350 nəfər vergi ödəyicisi tərəfindən 14.435 manat vergi yığılmışdır.

Bələdiyyənin ümumi gəliri dotasiya ilə 16585 manat təşkil etmişdir. Toplanmış vəsait aşağıdakı kimi xərclənmişdir.

2. əmək haqqına – 7230 manat

8. Maddi yardım – 1030 manat

9. Təmir-abadlıq – 1300 manat

10. idarə xərci – 1000 manat

11. Yolların təmirinə - 1500 manat

Cəmi 2017-ci ildə xərclərimiz 16.561 manat olmuşdur. 2017-ci ildə bələdiyyənin heç bir borcu qalmamışdır. əhalinin bələdiyyəyə qalan borcu isə 8000 manat olmuşdur. Beləki 2017-ci ildə Mədrəsə bələdiyyəsinə 50-dən   çox müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 8-i torpaq sahəsinin ayrılması barədə, 4-ü maddi yardımın ayrılması barədə, 15-i Kərkənc kəndində içməli su probleminin həlli barədə, 15-i Mədrəsə əhalisinin mal-qaranın suvarılması üçün bulağın bərpası barədə, qalan hissəsi isə əkin və   biçin sahələrində zərərvericilərə qarşı tədbirlərin görülməsi barədə olmuşdur. Edilən müraciətlərin həllində bələdiyyənin qəbul etdiyi qərarə əsasən 5 nəfər qəsəbə sakininə torpaq sahəsinin ayrılması üçün müvafiq sənədlərin hazırlanmasına görə aidiyyatı orqanlara lazımi sənədlər göndərilmişdir və bir nəfər vətəndaşa hərrac yolu ilə torpaq sahəsi ayrılmışdır, 4 nəfər ehtiyacı olan qəsəbə sakininə maddi yardım göstərilmiş, qəsəbə əhalisinin istifadəsində   olan mal-qaranın suvarılması üçün istifadə edilən bulağın təmiri məqsədi ilə bir ədəd 6 metr uzunluğunda 750 mm-lik dəmir boru alınaraq bərpası üçün quraşdırılma işləri aparılır yaxın vaxtlarda   tam istifadəyə veriləcək. əkin və   biçin sahələrində zərərvericilərə qarşı mübarizə tədbirləri məqsədilə rayon bitki mühafizə idarəsi ilə   birlikdə zəhər gətirilərək əhaliyə paylanmışdır. Qəsəbə əhalisinin əkin sahələrinə gediş-gəlişini yaxşılaşdırmaq məqsədi ilə təbii fəlakət nəticəsində dağılmış keçid yolu bərpa edilmişdir.

     2017-ci ildə Mədrəsə bələdiyyəsinin gördüyü digər işlər aşağıdakılardır.

Qəsəbənin girişində olan Mədrəsə qəsəbəsi yazılan lövhə yenisi ilə əvəzlənmiş, şamaxı – Mədrəsə yolu boyunca 30-dan çox dekorativ ağaclar əkilmiş, qəsəbədaxili və Kərkənc yolu ətrafında uzun müddətdən bəri yığılmış zibilxana təmizlənmiş Mədrəsə - şamaxı yolu boyunca təmizlik işləri aparılmışdır.

Mədrəsə bələdiyyəsinin əhatə etdiyi Kərkənc kəndində əhalini içməli su ilə təmin edən nasosxananın transformatoru əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir.   Qəsəbənin Azadlıq, Dostluq, Nəsimi, Sabir, N. Gəncəvi küçələrinə daş-çınqıl daşınıb tökülmüşdür. Qəsəbə əhalisinin ümumi istifadəsində olan Məscidin kommunal xidmətlərinin ödənilməsi üçün maddi köməklik edilmişdir. Məktəblilərin Qəbələ və Kürdəmir rayonlarında keçirilən idman yarışında iştirakına maddi yardım ayrılmışdır.

Qəsəbədə yerləşən uşaq bağçası – körpələr evinin kanalizasiya xəttinin bərpasına maddi yardım edilmişdir. Kərkənc, Mədrəsə yolunun qəzalı olan hissəsinə 15 maşın çınqıl daşınıb tökülmüşdür. Bələdiyyənin işlərinin görülməsi üçün bir ədəd noutbuk komputer və printer alınmışdır. Bələdiyyənin daxili imkanları hesabına görülən işlərə baxmayaraq, Mədrəsə bələdiyyəsinin əhatə etdiyi Mədrəsə qəsəbəsi və Kərkənc kəndində hələdə həlli vacib olan problemlər mövcuddur. Həmin problemlər qəsəbə əhalisinin içməli su problemi, şamaxı – Mədrəsə - Kərkənc yolunun qəzalı vəziyyətdə olması, Mədrəsə qəsəbəsi və Kərkənc kəndində elektrik xətlərinin qəzalı vəziyyətdə olması, bələdiyyənin inzibati binasının olmaması.

Mədrəsə bələdiyyəsi Sizi əmin edir ki, 2018-ci ildədə bələdiyyənin daxili imkanları hesabına bundan sonrada qəsəbəmizdə mövcud olan problemlərin həllinə çalışılacaqdır.”

Belediyye.info

ŞƏRHLƏR