"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaş müraciətləri diqqət mərkəzindədir

--2016-08-06 / 21:23

Binə bələdiyyəsi öz fəaliyyətini bələdiyyələrin yerli sosial müdafiə, yerli iqtisadi inkişaf, yerli ekoloji məsələlərin həlli istiqamətində qurmağa çalışaraq 2016-ci ilin 6 ayı ərzində 8 iclas keçirmiş, 24 məsələ müzakirə etmiş və müxtəlif qərarlar çıxarmışdır. iclasın gündəliyinə çıxarılan məsələlərdən 3 abadlıq işlərinin aparılmasına, 9 məsələ maddi yardım edilməsi və təşkilati məsələlər, 5 məsələ mədəni tədbirlərin aparılmasına həsr edilmişdir.

Hesabat dövründə vətəndaşlar tərəfindən bələdiyyəyə 33 ərizə və müxtəlif müraciətlər daxil olmuşdur. Onlardan 6 maddi yardımla bağlı, 5 fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması, 22 müxtəlif şikayət və məlumat xarakterli olmuşdur.

ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Belə ki, edilmiş şikayətlərin bir qismi yerində həll edilmiş, həlli mümkün olmayan məsələlərin həll edilməsi barədə aidiyyatı qurumlara müraciət edilmişdir.

6 ay ərzində bələdiyyədə 257 nəfər qəbul edilmişdir. Onların şikayət və müraciətləri diqqətlə dinlənilmişdir. Yerində həlli mümkün olan məsələlər həll edilmiş və həlli bələdiyyənin imkanları xaricində olan məsələlər barədə aidiyyatı qurumlara müraciətlər edilmişdir.

Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi fəal iştirakını davam etdirmişdir. Qəsəbədəki təmizlik və abadlılq işləri də daim nəzarətdə saxlanmışdır. Qəsəbədaxili yolların cari təmiri də daim diqqət mərkəzində olmuşdur. Yollar vaxtaşırı qreyderlə hamarlanmışdır. Qəsəbədə yaşıllaşdırma işlərinə də daim diqqət yetirilir. ə.isazadə küçəsində 600 ədəd ağac əkilərək onlar qulluq edilir. Ağacların qurumuş budaqları, kəsilmiş gövdələri əhənglə ağardılmışdır. Məhəllədaxili küçələrin kənarlarında bitən alaq otları vurularaq təmizlənmişdir.

Binə bələdiyyəsi tərəfindən “şəhidlərin xatirəsinə salınmış parkda” mütəmadi olaraq gül bəzək kolları əkilmiş, onlara daim qulluq edilmişdir.

əhalinin sosial problemlərinin həlli istiqmətində də Binə bələdiyyəsi xeyli işlər görmüşdür. “Hövsan” südçülük sovxozundakı məzarlıqda qəbr daşları hazırlanması  sexi tikilərək əhalinin istifadəsinə verilmişdir.

Bələdiyyə büdcəsindən 9 nəfər aztəminatlı ailələrə il boyu hər birinə 20 manat maddi yardım təyin edilmişdir.

Binə bələdiyyəsinə maddi vəziyyətləri ağır olduğuna görə ərizə ilə müraciət etmiş əzizov Extiyar Tərlan oğluna 30, şiriyev Yadigar Məhərrəm oğluna 20, Quliyev Rafail Ağamir oğluna 30, Orucova Yazgül əli qızına 50 manat, Abdullayeva Elmira Sənan  qızına 20 man pul vəsaiti ayrılmışdır.

Qəsəbə sakini Zahidov əliyusif əlişan oğlunun qohumu Zahidov Natiq əlişan oğlunun ailəsində doğulmuş üçəm uşaqlarına yardım məqsədilə bələdiyyə büdcəsindən 300 (üç yüz) manat məbləğində  pul vəsaiti ayrılmışdır.

Binə qəsəbə sakini Cabbarova Böyükxanım Nuru qızının vəfat etmiş qızının dəfni ilə əlaqədar bələdiyyə büdcəsindən 200 (iki yüz) manat məbləğində pul vəsaiti ayrılmışdır.

Qəsəbədəki 5 nəfər 20 Yanvar şəhidlərinin hər birinə 50 manat olmaqla bələdiyyə büdcəsindən 250 (iki yüz əlli) manat pul vəsaiti ayrılaraq onlara köməklik edilmişdir:

Qəsəbədəki tarixi abidələrin qorunması da bələdiyyəmizin diqqət mərkəzində olmuşdur. Belə ki, “Mövsüm-Səlim” məscidinin qorunub saxlanılması üçün hər ay büdcədən 100 manat pul vəsaiti ayrılması haqqında qərar qəbul edilmişdir.

Xəzər RiH tərəfindən rayonun Buzovna qəsəbəsində keçirilən Novruz Bayramı şənliyinə bələdiyyə büdcəsindən 1250 manat pul vəsaiti ayrılaraq bayram şənliyinə sərf edilmişdir. Qəsəbə sakinlərindən bir çoxu da həmin şənlikdə iştirak etmişdir.

Binə bələdiyyəsi bundan sonra da öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

    

          H.S.Həmidov

          Xəzər rayon Binə bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR