Hazırda yerli vergilər nəğsdiz şəkildə bank və poct şöbələri habelə stasionar ödəniş terminalları vasitəsiylə ödənilir. Maraqlıdır bəzən vətəndaşlar poct vasitəsiylə vergi ödənişində problemlə üzləşirlər.
Bu səbəbə aydınlıq gətirən Səbail rayonu Badamdar bələdiyyəsinin Vergi Xidməti orqanının rəisi Ramiq Mustafa Belediyye.infoya açıqlamasında bildirib ki, əvvəla vergi ödəyicisi Bələdiyyə VXO-da qeydiyyatda durubsa və vaxtlı vaxtında vergisini ödəyirsə, ona bütün illərdə avqust ayının 1-nə kimi həmin il üçün hesablanmış vergi ödənişinə dair bildiriş çap edilməli və ödəyiciyə çatdırılmalıdır.
ikinicisi əgər bələdiyyə Bakı şəhəri və respublikanın regionları üzrə fəaliyyət göstərən Poçt idarələri ilə müqavilə bağlayıbsa ödəyici bütün poçtlarda ödəniş edə bilər. Yox əgər Bələdiyyə fəaliyyət göstərdiyi rayon üzrə xidmət edən poçtlarla müqavilə bağlamışsa o zaman ödəyici məcburdur ki, ödənişi təyin edilmiş poçt filiallarında ödəsin. Odur ki, bələdiyyə poçt ödənişlərində vətəndşaların problemlə üzləşməməsi üçün rayon üzrə deyil bələdiyyə məhz mərkəzi poçtla müqaviləni bağlamalıdır.
Bu həm bələdiyyənin əlavə büdcə gəlirlərini əldə etməyə, həm də vətəndaşlara xidmətin səviyyəsini artmasına şərait yaratmış olacaqdır.
Belediyye.info