"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün...

--2016-11-04 / 13:39

 Bütün dünyada baş verən qlobal iqtisadi və siyasi böhran, qanlı münaqişələrə baxmayaraq cari ilin ötən dövrü ölkəmiz üçün kifayət qədər uğurlu olmuşdur. Möhtərəm Prezidentimiz cənab ilham əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi 2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olsa da, dünyada siyasi və hərbi böhran yaşansa da Azərbaycanda inkişaf və sabitlik olmuşdur. 

Möhtərəm prezidentimizin rəhbərliyi altında aparılan kifayət qədər effektli struktur dəyişikliyi, vergi və gömrük sistemində islahatlar, eləcə də bir çox lisenziyaların ləğvi kiçik və orta sahibkarlığın inkişafına güclü təkan vermiş, bu da öz növbəsində yeni iş yerlərinin açılmasına cox müsbət təsir göstərmişdir. Bunun nəticəsini hər bir Azərbaycan vətəndaşı, o cümlədən Səbail rayon sakinləri də  artıq gündəlik həyatlarında müşahidə edirlər.  Ölkəmizdəki sabitlik və inkişafa görə, habelə xalqın həyat səviyyəsinin yüksəldilməsi üçün görülən böyük işlərə görə biz möhtərəm prezidentimiz cənab ilham əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

26 sentyabr 2016-cı il tarixdə keçirilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” ümumxalq səsverməsində (referendumda) bütün ölkə əhalisi kimi rayonumuzun sakinləri də aktiv iştirak edərək dövlətimizin siyasətini dəsrəklədiklərini bir daha əyani  nümayiş etdirdilər. Səbail Bələdiyyəsinin kollektivi də ümumxalq səsverməsi prosesində Bələdiyyə ərazisində yaşayan seçicilərin maarifləndirilməsi işində fəal iştirak etmişdir.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə bütün respublikamızda olduğu kimi doğma Bakımızda və onun gözəl bir guşəsi olan Səbail rayonunda aparılan abadlıq quruculuq işləri şəhərimizi daha da müasirləşdirir və gözəlləşdirir.  Bu gün artıq dünyanın ən gözəl şəhərləri sırasına daxil olan Bakı şəhəri hər bir azərbaycanlının qürur mənbəyi olmuşdur.

Səbail Bələdiyyəsi 2016-cı ilin 9 ayında rayon icra Hakimiyyəti ilə əlaqəli şəkildə işləyərək qanunvericiliklə üzərinə qoyulmuş yerli sosial-müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji proqramların icrası sahəsində müəyyən işlər görülmüşdür.

Belə ki, 2016-cı ilin 9 ayında Səbail Bələdiyyəsi əhalinin sosial müdafiəsi sahəsində də sakinlərə  xidmət etmək məqsədilə keçirdiyi tədbirlərdə  əhalinin sosial müdafiəsinə və onların rifahının yüksəlməsinə çalışmışdır. Səbail Bələdiyyəsi tərəfindən RiH ilə birlikdə bir sıra tədbirlər həyata keçirilmiş, ərazidə yaşayan müharibə veteranlarına, kimsəsizlərə, pensiyaçılara və digər bu kimi imkansız vətəndaşlara dövlət tərəfindən nəzərdə tutulmuş sosial təminatlardan əlavə olaraq maddi və digər köməkliklər göstərilmişdir. O cümlədən xalqımızın milli bayramı olan Novruz Bayramı münasibəti ilə 424 ailəyə, Qurban Bayramı münasibətilə 600 ailəyə, Xocalı soyqırımı günündə 15 ailəyə ərzaq payları verilmiş, 9 May Qələbə günü münasibətilə ərazimizdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının iştirakı ilə tədbirlər keçirilmiş, onlara və habelə Çernobıl əlillərinə maddi yardım göstərilmişdir,

Vətəndaşlardan daxil olmuş ərizə və müraciətlər əsasında  48 vətəndaşa bələdiyyə büdcəsindən maddi yardımlar göstərilmişdir.

Səbail Bələdiyyəsi tərəfindən 2016-cı ilin 9 ayı  ərzində yerli sosial iqtisadi proqramlar sahəsində də müəyyən işlər görülmüşdür. Ayrı-ayrı ünvanlarda abadlıq və təmir işləri aparılması ilə bağlı vətəndaşlardan daxil olmuş kollektiv müraciətlər Bələdiyyənin müvafiq komissiyası tərəfindən araşdırıldıqdan sonra Bələdiyyə iclaslarında müzakirə olunaraq həmin ünvanlarda abadlıq və təmir işləri aparılmışdır. 2016-cı ilin ötən dövründə bələdiyyənin büdcəsindən ayırmalar hesabına rayonun  Aydın Məmmədov küçəsi 74 saylı ünvanda abadlaşdırma, Q.Abbasov küçəsində, 20-ci sahədə, Salyan şossesi 32 ünvanında yolların sağ və sol tərəflərində,  və habelə 20-ci sahədəki Veteranlar klubunda təmir və abadlaşdırma işlərinin  aparılmasında yaxından iştirak edilmişdir.

Bildirirəm ki, bu sahədə işlərimiz davam etdirilir və vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün bələdiyyənin imkanları daxilində bütün zəruri tədbirlər görüləcəkdir.

Bunlardan əlavə Bələdiyyənin kollektivi rayonun digər idarə, müəssisə və təşkilatları ilə birlikdə rayon ərazisində ağac əkilməsində fəal iştirak edərək rayonun ekologiyasının yaxşılaşdırılması işinə töhfələrini vermişlər.

Səbail Bələdiyyəsinə 2016-cı ilin 9 ayında vətəndaşlardan daxil olmuş ərizə, şikayət və təkliflərin həllinə yüksək diqqətlə yanaşılaraq ödənilməsi mümkün olan tələblər təmin olunmuş, digərləri qanunla müəyyən olunmuş müddətdə və qaydada həll olunaraq müraciət etmiş şəxslərə müvafiq cavablar verilmişdir.

Bildiyiniz kimi 2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” keçirilir. Bu tədbirin özünün keçirilməsi dövlətimizin vətəndaşların problemlərinin həllinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Vətəndaş bələdiyyə, bələdiyyə vətəndaş əlaqələrinin möhkəmləndirilməsi həmişə Səbail Bələdiyyəsinin diqqət mərkəzində olmuşdur. Səbail Bələdiyyəsinin rəhbərliyi və üzvləri vətəndaş müraciətlərinə həmişə həssaslıqla yanaşmış, bizə müraciət edən vətəndaşlar dərhal qəbul olunaraq, qaldırdıqları məsələnin həllinə diqqət yetirilmişdir. Vətəndaşlar həftənin bütün iş günlərində heç bir məhdudiyyət olmadan bələdiyyə rəhbərliyinə müraciət edə bilərlər. Bundan başqa vətəndaşların rahatlığını, onların problemlərinə müdaxilənin obyektivliyini təmin etmək məqsədilə Bələdiyyədə “QAYNAR XəTT”  telefon nömrəsi müəyyən edilərək sakinlərimizə çatdırılmışdır. Həmçinin əlaqələrin vətəndaşlar üçün daha da asanlaşdırılması məqsədilə bələdiyyənin inzibati binasının qarşısında və əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları” quraşdırılmışdır. Sakinlərimiz bələdiyyə binasına gəlmədən öz müraciətlərini bu poçt qutuları vasitəsi ilə də bizə çatdıra bilərlər. Səbail Bələdiyyəsi olaraq hər zaman sakinlərimizlə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün bütün lazımi tədbirləri görəcəyik.

Möhtərəm Prezidentimizin yerli özünüidarəetməni həyata keçirən bələdiyyələrin fəaliyyətinə xüsusi diqqət yetirməsi, bu fəaliyyətin daha da güclü inkisafı üçün dövlətimizin genişmiqyaslı tədbirlər görməsi bizi bələdiyyələrin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi işində daha da ruhlandırır və Sizi əmin edirik ki, Səbail Bələdiyyəsinin üzvləri və kollektivi bundan sonra da üzərlərinə düşən vəzifə və öhdəlikləri layiqincə yerinə yetirəcəklər.

 

Firdovsi Cəbrayılov

Səbail Bələdiyyəsinin sədri                                 

 

 

 

 

ŞƏRHLƏR