"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaşlarımız vergilərini bələdiyyə büdcəsinə vaxtında ödəmirlər

--2023-03-02 / 12:11

Gədəbəy bələdiyyəsinin qarşısında duran əsas vəzifə əhali arasında nüfuzunu artırmaqla seçiciləri nərahat edən məsələləri vaxtında həll etmək,   sosial iqtisadi inkişafda fəal iştirak   etməkdən ibarətdir. 2021-ci il Azərbaycan tarixində böyük Zəfər ili kimi daxil oldu. Ali baş komandanımız   Cənab ilham əliyevin Qarabağ  bölgəsində   aparılan yenidənqurma işləri xalqla bərabər bizi də sevindirir.

Dünyanı bürümüş Koronavürus   pandemiyası ilə mübarizədə Respublikamızın əldə etdiyi   naliyyətlər ölkə prezidenti cənab ilham əliyevin liderliyi altında Azərbaycanın hədəflərə düzgün istiqamətdə irəlilədiyini bir daha nümaiş etdirdi .

Gədəbəy bələdiyyəsinin   2022- ci ildə illik proqnozu 70000 manat olduğu halda hesabat dövrü ərzində yerli büdcənin gəliri 56.884,33 manat olmuşdu. Proqnoza 81,26 % əməl olunmuşdur.

Gədəbəy bələdiyyəsinə torpaq vergisindən 8.468,00 manat, əmlak vergisi 30.053 manat,                                 mehmanxana vergisindən 598 manat, əmlakın özgəninkiləşdirilməsindən 14.311 manat, bələdiyyə əmlakının icarəsindən 3.405 manat, dövlət büdcəsindən verilmiş dotasiya 5000 manat, səyyar ticarət 50 manat.

Bələdiyyə büdcəsinin aşağıdakı qaydada xərclənmişdir:   yerli özünüidarəetmə orqanının saxlanması xərcləri   18866 man, DSMF 4803 manat, təmir- tikinti işlərinə 12.558 manat, Silahlı Qüvələr Fonduna 150 manat, əMDRX-nə dövlət, kadastr, xidmət haqqı rüsumu             4.684 manat, imkansız və şəhid ailələrinə yardım 4.915 manat, abunə haqqı 150 manat, komunal xərcləri( işıq, qaz)   307 manat, Online   xidmətinə 1700 manat,   Poçt xidməti 412 manat, audit xidməti   2022- ci il üçün500 manat, AşBMA 450 manat, hərrac və müsabiqə komissiyasına 140 manat.

Vergiləri hesablamaq üçün fiziki şəxslərin hər biri   BAMS proqramına   daxil edilmişdir. Bildiyimiz kimi Vergi Məcələsinə 2015- ci il dəyşirliklə ələqadər vergi ödəyicləri torpaq və   əmlak   vergisini poçt vastəsi ilə bələdiyyə büdcəsinə ödəməlidir. Dəfələrlə vətəndaşlara bildiriş və məktub   verilməsinə baxmayaraq   vaxtında vergilərini bələdiyyə büdcəsinə ödəmirlər. Bu da Bələdiyyənin maliyyə   büdcəsinə  öz   mənfi   təsirini göstərir. Gədəbəy bələdiyyəsi tərəfindən   66 fiziki şəxs barədə   35.361 manat debitor borcun ödənilməsi barədə qərar qəbul   etmiş, Gədəbəy rayon  icra və probasiya şöbəsinə göndərilmişdir. il ərzində icra və Probasiya şöbəsi tərəfindən görülən tədbir nəticəsində 11.554 manat vəsait   bələdiyyənin bank hesablaşma hesabına  ödənilmişdir.

Bələdiyyə tərəfindən II-ci   Qarabağ   müharibəsində iştirak etmiş veteran   və qazilərlə  görüşlər keçirilmiş, onlara bələdiyyə tərəfindən   lazım olan köməkliklər göstərilmişdir. Belə ki, şəhərdə olan qazilərə və veteranlara bələdiyyə tərəfindən birdəfəlik 50 manat vəsait ayrılmış və onlartın bank hesablaşma hesablarına köçürülmüşdür. Rayonda olan qazilərlə rayon rəhbərliyi ilə birlikdə görüşlər keçirilmişdir.

Gədəbəy şəhərində yerləşən şəhidlər Xiyabanına Bələdiyyə tərəfindən 150 metr məsafədən su xətti çəkilmişdir.

Gədəbəy şəhər sakini Haqverdiyeva Güldanə isrəfil qızı atasının dəfn edilməsinə imkanı olmadığına görə Gədəbəy bələdiyyəsinə ərizə ilə müraciət etmişdir və onun atası Haqverdiyev isrəfil Kazım oğlunun dəfni bələdiyyə tərəfindən təşkil olunmuşdur.

Gədəbəy şəhər sakini Cəfərov Rafiq Nizami  oğlunun   imkansızlığı nəzərə alaraq onun dəfni Gədəbəy bələdiyyəsi tərəfindən təşkil olunmuşdur.

Bir qrup şəhər sakinləri şəhərin   Səməd bəy Mehmandarov, ismət Qaibov, Simes qardaşları küçələrinin bərbad olması barədə Gədəbəy bələdiyyəsinə ərizə ilə müraciət etmişdilər. Bələdiyyə və Beynəlxalq Mədən əməliyyat şirkəti tərəfindən 3500 metr küçələrə qum çınqıl verilmiş və qredir vasitəsilə hamarlanaraq   əhalinin istifadəsinə verilmişdir.

Gədəbəy şəhərində yerləşən H. əliyev parkında təmir tikinti işləri görülmüş və parka   30 ədəd müassir günəş panelləri qoyulmuş , ağac əkilmiş və oturacaqlar yenidən təmir olunub rənglənmişdir.

Rayonda   son   illər gedən   abadlıq - quruculuq işləri hamının   gözü qarşısındadı . Biz də istərdik ki, bu inkişafda bələdiyyənin rolu olsun .   Aydındır ki, bunun   üçün  bələdiyyənin   maliyyə imkanını artırmalı, hər bir vətəndaş vergilərini bələdiyyə büdcəsinə vaxtında ödəməli və   bələdiyyə də öz növbəsində lazımı işləri görməlidir. Milli Qəhrəman ilham Müzəffər oğlunun adına olan bulaq və qəbirüstü büstü Gədəbəy bələdiyyəsi tərəfindən təmir edilmişdir.

Bələdiyyəyə  müraciət etmiş imkansız 67 ailəyə cəmi 4915 manat məbləğində birdəfəlik maddi yardım edilərək onların bank hesablaşma hesabna köçrülmüşdü.

Fürsətdən istifadə edib şəhər sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan borclarını vaxtında ödəsinlər. Vətəndaşlar bələdiyyə vergilərini ödəməklə bələdiyyənin maliyə durumunun yaxşılaşmasına və şəhərdə gedən abadlıq işlərinin genişlənməsinə köməklik etmiş olarlar. Dəfələrlə məhəllə komitələri ilə və ağsaqqallarla , vətəndaşlarla görüşlər keçirilmiş, yas mərasimlərinin pandemiya tələblərinə   uyğun keçirilməsi , vətəndaşların məişət tullantılarını hara gəldi tullanmasının qarşısının alımması barədə söhbətlər aparılmışdır.     

Hesabat dövrü ərzində 240 müracət daxil olmuş, onlardan 24 nəfər torpaq alması barədə, 67 nəfəri maddi yardım alması barədə müraciət etmişdir. Qəbulda olanların   sayı 79 nəfər olmuşdu.

2022 - ci ildə Bələdiyyə tərəfindən 29 iclas keçirilmiş 106 qərar   qəbul olunmuşdur. 

Zülfiqar Yusibov

Gədəbəy bələdiyyəsinin sədri            

ŞƏRHLƏR