Azərbaycanın qüdrəti gündən-günə artan tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir.
Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edib. “2014-2016- cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı” qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədilə hazırlanmışdır. Həmin işlərin davamı olaraq Pirşağı-Binəqədi yolunun açılışı, tez zaman ərzində hazırlanıb əhalinin xidmətinə verilməsi, hazırda çirkab suların axıdılması üçün tikilən kompleksi buna nümunə göstərmək olar.
ilin əvvəllərində qəsəbənin təmizliyi və abadlığı üçün Mənzil Kommunal Birlikləri ilə müqavulə bağlanmışdır. Məişət tullantılarının tullanması və s. təmizlik işləri yaxşı aparılmışdır. Bu da bizim gördüyümüz işlərin bir hissəsidir. Bu işlərin əvəzində onlarla bağlanmış müqaviləyə əsasən ayda 1000 manat, onların işçilərinin iş vəziyyətinin yaxşıaşdırılması üçün ev kirayələnib 100 manat ödənilir. il ərzində yol kənarlarının təmizlənməsi, hasarların təmir edilməsi və ağardılması işləri görülmüşdür. Bu “ Eleqant “ MMC-yə 2028 manat Bələdiyyə tərəfindən ödənilməsi müqablində əjdər Məlikov və Hüseynbala əliyev küçələrində bəzi abadlıq işləri hasarları təmir edilməsi ,ağartmaq təşkil edilmişdir. “AZSON LTD” MMC tərəfindən əjdər Məlikov keçəsində yolların kənarlarının quru otlardan və məişət tullantılarından təmizlənməsi ( 950 manat), əjdər Məlikov küçəsində eni 1.2 p/m uzunluğu 1.2 p/m dərinliyi 9 p/m oln quyu qazılmışdır, bundan əlavə Ağa əlizadə küçəsində yerləşən məsçiddə baş verən yanğından sonra üç yardımçı binada damların təmirinə bələdiyyə balka və şifer alıb vermişdir, ümumilikdə bunlar 2490 manat təşkil etmişdi. əjdər Məlikov küçəsində uzunluğu 180 p/m eni 40 sm və dərinliyi 70 sm olan kanalizasiya xətti təmir edilmişdir.
Bundan əlavə Pirşağı Qəsəbəsi üzrə nümayəndəliyinin köməkliyi ilə Binəqədi- Pirşağı magistral yolunun 2 saylı sovxoz ərazisində yol kənarlarının təmizlənməsi və yol kənarındakı qapıların rənglənməsi həyata keçirimişdir və 980 manat vəsair xərclənmişdir.
il ərzində qəsəbə ərazisində yaşayan aztəminatlı ailələrə köməklik edilmişdir. Bunlardan Qurban bayramı münasibətilə bələdiyyə 38 ailəyə 680 manat məbləğində qurban payları paylanmışdır. Bir qaçqın ailsinə evi yandığı üçün damının təmirinə 734 manatlıq şifer alınıb verilmişdir. 23 qəsəbə sakinlərinə isə pul şəklində maddi yardım verilmişdir. Bələdiyyə büdcəsindən sakinlərə ümumilikdə maddi yardım şəklində 4104 manat maddi yardım verilmişdir.
Pirşağı Bələdiyyəsinə 2018-ci il vətəndaşlar tərəfindən 130 müraciət daxil olmuşdur. Bu müraciətlərə vətəndaşlar tərəfindən istifadə etdikləri torpağın icarə müqaviləsinin bitməsi ilə bağlı çoxluq təşkil etmişdir. Bütün vətəndaşlara 3 və 7 gün ərzində müvafiq qanunun tələbinə uyğun olaraq cavablandırılmışdır.
2018-ci il ərzində vətəndaşlara torpaq və əmlak vergilərinin ödənilməsi üçün tədiyyə bildirişləri təqdim olunmuşdur. Vətəndaşlara 4200 tədiyyə bildirişi ilə 160.000 manat vergi borcu ilə bağlı xəbərdarlıq edilmiş, lakin bunun 67 %- i ödənilmişdir. Çox təəssüf ki , qəsəbə ərazisində bu qədər sadalanan işlər görülməsinə baxmayaraq vergi yığımı zəifdir. Ümumilikdə 106.887 manat yergi yığılmışdır. Bu təxminən smetada nəzərdə tutulan məbləğin 42 %- i deməkdir. Nəzərdə tutduğumuz işlərin görülməsi üçün isə bu vəsait çox azdır. Vətəndaşların əksəriyyəti sənədləşmənin gecikdirilməsini bəhanə edərək vergidən yayınır.
2019-ci ildə də çalışacağıq ki, daha böyük nailiyyətlər əldə edək,sakinlərin etimadını doğruldaq,problemlərini həll edək.
şakir Quliyev
Sabunçu rayonu Pirşağı bələdiyyəsinin sədri