"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaşların vergi borclarının ödəyəcəyinə əminik

--2015-09-11 / 10:24

 Azərbaycan Respublikası  müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçib. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. əsası Ümummilli lider Heydər əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin Konstitusiyasında  yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil edir.

1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində Astara rayonunda 45 bələdiyyə qurumu formalaşmışı. Hazırda bələdiyyələrin birləşdirilməsi prosesindən sonra rayonda 15 bələdiyyə fəaliyyət göstərir. Respublikamızda bələdiyyələr hələ gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində cəmiyyətdə öz yerlərini tuta biliblər.

 Ümumiyyətlə, respublikamızda   bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində mühüm işlər görürlər.

 Biz bu gün 2014-cü il 23 dekabr tarixdə formalaşmış  və 31 yanvar 2015-ci ildə bələdiyyənin ilk icalsında sədr və müavinlərini təyin edərək fəaliyyətə başladıq.  ilk olaraq onu qeyd edək ki, hazırda Astara bələdiyyəsi  13 bələdiyyə üzvü ilə formalaşıb. Onlardan 5 nəfəri qadındır. Üzvlərin hamısı ali  təhsillidir və  əklsəriyyəti gənclərdir. Hazırda Astara bələdiyyəsində 2 bələdiyyə qulluqçusu –mühasib və inzibatçı fəaliyyət göstərir.

 “Bələdiyyə qulluğu haqqında”  qanuna edilən 13 fevral 2015-ci il tarixli dəyişiklikliyə əsasən bələdiyyə qulluqçularını sədr deyil, yaradılan müsabiqə komissiyası  təyin edə bilir. Bu prosses hələ Nazirlər Kabinetində müzakirə olunduğundan tam qəbul edilməmişdir. Bu səbəbdən  bələdiyyəmizin vergi xidmətinin qurulması üçün yeni kadrlar təyin edə bilmirik. Sadəcə bildiyiniz kimi hər ilin avqust ayının 15-dək tədiyyə bildirişləri paylanmalı, bunun üçün bu xidməti həyata keçirən müddətli müqavilə ilə 3 nəfər  işçi təyin edilib.

Ümid edirik ki, 15 noyabradək vətəndaşlar öz vergi borclarını ödəyəcəklər.

Bələdiyyələrdə nağd qaydada vergilərin və digər ödənişlərin qəbulunun ləğv olunması qaydası da yenilklərdəndir. Bu gün vətəndaşlar vergilərinin ödənişini yalnız  bank və poçt vasitəsilə qəbulu həyata keçirirlər. Təbii ki, bu səbəbdən bəzi problemlərlə qarşılaşırıq. Qeyd edək ki, bələdiyyəmiz fəaliyyətə başladığı andan keçmiş rəhbərliyin səhlənkarlığı nəticəsində  bankdakı hesabımıza öncə vergi idarəsi tərəfindən, sonra əmək haqqına görə  icra bölməsi tərəfindən həbs qoyuldu. Sonra bu həbs DSMF-nun həbsi ilə əvəz olundu. Söz yoxdur ki , belə bir şəraitdə fəaliyyət göstərmək, vətəndaşları qəbul etmək və işçilərə əməkhaqqı vermək və özümüz əmək haqqı almaq çox çətin olub. Lakin bütün bunlara baxmayaraq biz bələdiyyə üzvlərimizlə bərabər mübarizə apardıq və müəyyən nailiyyətlərə nail olduq.

Astara bələdiyyəsi daima Astara Rayon icra Hakimiyyəti və Astara şəhər icra nümayəndəliyi ilə birgə müəyyən işlər görür. Astara şəhərinin əhəd Muxtar, Səməd Vurğun küçələrinin , N.Nərimanov küçəsi ərazisində sahə arası yollara  xırış tökülməsini məhz birgə fəaliyyət nəticəsində həyata keçirilib.

Qeyd etməliyik ki, bizə edilən  müraciətlərin hər birini  təmin etmək hələki, bizim imkanımız xaricindədir. Məlum məsələdir ki, 05 fevral 2014-cü il tarixdə Möhtərəm prezidentimiz ilham əliyevin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi və bu səbəbdən əhalinin torpaqla bağlı məsələlərini həll edə bilmirik. Qanunsuz zəbtləri müəyyən etmək də hələ ki müəyyən olmur. Bu səbəbdən bir sira məsələlər həlledilməmiş qalıb.

Astara bələdiyyəsinə 2015- ci ilin birinci altı ayı ərzində 16258,88 manat vəsait daxil olub. Daxil olan vəsait 1139,58 manat həyətyanı torpaq vergisi, 11019,00 manat torpaq alqı-satqısı, 1100,00 manat torpaq icarə haqqı, 708,90 manat kommersiya torpaq vergisi, 60,96 manat əmlak vergisi, 22,94 manat pay torpaq vergisi, 2100,00 manat dotasiya və digər mənbələrdən daxil olub.

Astara bələdiyyəsinə vətəndaşlar tərəfindən 53 məktub daxil olub. Daxil olan məktublardan 25-i  maddi yardımla, 23-ü həyatyanı torpaq alışı  ilə, 5-i yolun təmiri ilə bağlı olub.  Bu məktublar Astara bələdiyyəsində araşdırılaraq müvafiq cavablar verilib.

  

Aygül Məmmədova

Astara bələdiyyəsinin sədri 

 

ŞƏRHLƏR