"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vidadi isayev üçün özəl gün

--2017-04-17 / 20:06

Bu gün Bərdə rayon icra Hakimiyyətinin başçısı Vidadi isayevin doğum günüdür.  icra başçısının 58 yaşı tamam olur.  Onun tarix müəllimliyindən başlanan əmək fəaliyyəti artıq on ikinci ildir ki icra başçısı kimi davam edir.

Bərdə rayonuna rəhbərliyi dövründə isə rayon bələdiyyələri, xüsusən də Bərdə şəhər bələdiyyəsi bir sıra uğurlara imza atıb.

ən əsas isə büdcədaxilolmalarında küçə reklamlarından daxil olan ödənişin həcmi  2011-ci illə müqayisədə on beş dəfə artıb. əgər həmin il 3.700 manat küçə reklamlarından ödənişlər daxil olmuşdusa, ötən il bu rəqəm 56.100 manata bərabər olub.

Bununla yanaşı ötən il ilk dəfə olaraq 2.900 manat mədən vergisi yığlıb.

Həmçinin əmlak vergisinin həcmi 2011-ci illə müqayisədə iki  dəfəyə yaxın artıb.

Beləliklə, Vidadi isayevi yaxından tanıyaq:

isayev Vidadi isa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji institutunu (indiki ADPU) bitirib.

1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllim, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax şəhər icra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon icra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Tarix elmləri üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.

Mənbə: http://berde-ih.gov.az/page/20.html

ŞƏRHLƏR