Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin rəisi Zahir əlizadə, Bakı şəhəri Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin sədri, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Hümbət Hüseynov və Bakı şəhəri Nərimanov bələdiyyəsinin üzvü, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Samirə Hüseynova 2017-ci il noyabr ayının 30-dan 01 dekabr tarixinə kimi Avstriya Respublikasının Vyana şəhərində keçiriləcək şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələləri çərçivəsində “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində görülən işlərin nəticələrinin müzakirəsi ilə bağlı tədbirdə iştirak edəcək.
Bu barədə məlumatı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.
Avropa şurasının ekspertləri italiya və Fransanın tədqiqatçılarının və alimlərinin rəhbərliyi ilə seminar formatında baş tutacaq tədbirin əsas mövzusu yerli özünüidarəetmə orqanlarında peşəkar inkişaf proqramlarına nəzarət və qiymətləndirmənin elektron qaydada öyrədilməsindən ibarət olacaqdır.
Tədbirdə iştirakçı ölkələrdə yerli idarəetmə islahatları prosesinə dəstək verilməsi, Avropa standartları və müqayisə prosesləri əsasında yerli idarələrin maliyyə və insan resurlarının idarə edilməsinin təkmilləşdirilməsinə dəstək verilməsinin qiymətləndirilməsi aparılacaq.
Yerli özünüidarəetmə orqanlarının kadrları yerli özünidarəetmənin əsasını təşkil edən hüquqi, maliyyə və iqtisadi biliklərə kifayət dərəcədəmalik olmalı və əsaslandırılmış qərarların qəbul edilməsi məqsədilə bu biliklərin təcrübədə tətbiqini bacarmalıdırlar.
Bu mənada yerli özünüidarəetmə orqanlarında çalışan kadrların hazırlanmasında və ixtisaslarının artırılmasında mövcud sistemə nəzarət edilməsi və qiymətləndirilməsinin aparılması strategiyasının reallaşdırılmasında keçiriləcək seminarın xüsusi əhəmiyyətini vurğulamaq lazımdır.
Belediyye.info