Xaçmaz rayonunda formalaşan 38 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 1.189.700 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində 2.1 faizədək azalma deməkdir.
Qeyd edək ki, 2019-cu ildə Xaçmaz bələdiyyələrinin büdcə gəliri 1.214.900 manat olmuşdu.
əldə edilən vəsaitin isə 49.4 faizi yəni (587.400 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Xaçmaz rayonunda formalaşan 38 bələdiyyə ötən il ərzində 152.800 manatlıq əmlak vergisi, 270.200 manatlıq torpaq vergisi, 24.500 manatlıq mədən vergisi, 900 manatlıq dayanacaq rüsumu toplaya biliblər.
əlavə edək ki, ən çox artım bələdiyyə əmlakının icarəsindən daxil olub. 2019-cu ildə 76.300 manat qarşl ötən il 170.700 manatlıq icarə haqqı toplanılıb.
Qeyd edək ki, il ərzində bələdiyyələrə 90.900 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Ötən il Xaçmaz bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssisələrindən hər hansı maliyyə vəsaiti daxil olmayıb, bu qurumlar habelə il ərzində sanatoriya-kurort rüsumu da toplaya bilməyiblər.
əlavə edək ki, büdcə gəlirləndə digər istiqamətlərdən 60.000 manat vəsait daxil olub.
Belediyye.info