Xaçmaz rayonunda formalaşan 38 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 1.110.400 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 12.6 faiz artım deməkdir. əldə edilən vəsaitin isə 47.9 faizi yəni (532.200 manat) bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub.
Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Xaçmaz rayonunda formalaşan 38 bələdiyyə 145.600 manatlıq əmlak vergisi, 273.200 manatlıq torpaq vergisi, 14.100 manatlıq mədən vergisi, 800 manatlıq reklam vergisi, 1.900 manatlıq dayanacaq rüsumu, toplaya biliblər.
Təəsüf ki, il ərzində mehmanxanalardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.
Qeyd edək ki, il ərzində 90.400 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımlarının həcmi isə 1400 manat olub
Xaçmaz bələdiyyələri əldə etdikləri qazancın 62.2 faizini, yəni 692.400manatını yerli özünidarə orqanlarının saxlanmasına, 23.3 faizini isə 259800 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.
Belediyye.info