Böyük vətən müharibəsindən sonrakı 2021-ci ilk zəfər ili hər birimizin həyatında ən böyük quruculuq və fədakarlıq ili kimi uzun müddət yadımızdan çıxmayacaqdır.
30 ilik həsrətdən sonra Möhtərəm Prezidentimizin qətiyyəti, Müzəffər Ordumuzun şücaəti, 3000-ə yaxın şəhidlərimizin və yüzlərlə qazilərimizin qanı bahasına düşmən torpağından xilas olan Qarabağımızda möhtəşəm işlər görülür.
Xaçmaz bələdiyyəsi də bu quruculuq fəaliyyəti nümunəsi fonunda Möhtərəm Prezidentimizin fərman və sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan Respublikası Qanunvericiliyinə və Xaçmaz Rayon icra Hakimiyyətinin tövsiyyə və tapşırıqlarına müvafiq olaraq 2021-ci ildə Xaçmaz şəhər bələdiyyəsi qarşısında duran vəzifələrin həyata keçirilməsinə çalışmışdır.
Hesabat dövründə Xaçmaz bələdiyyə məclisinin 16 iclası keçirilmiş müxtəlif məsələlərin həllinə dair 223 qərar qəbul edilmişdir.
Bələdiyyə məclisində müzakirə olunan məsələlərin həllinə dair qəbul edilən qərarlar Qanunvericiliyin tələblərinə uyğun olaraq 5 gündən gec olmayaraq bələdiyyələrin nəzarət orqanı olan Azərbaycan Respublikası ədliyyə Nazirliyi Xaçmaz Regional ədliyyə idarəsinə göndərilmişdir.
Bələdiyyə məclisində qəbul edilmiş 1 qərar istisna olmaqla, digər bütün qərarların qanuna zidd olması barədə həmin idarə tərəfindən heç bir irad tutulmamış və ya heç bir qərar ləğv edilməmişdir.
Hesabat dövründə Xaçmaz bələdiyyəsinin ümumi gəliri 168,262 manat təşkil etmiş və bunlar aşağıdakılardan ibarət olmuşdur:
indi isə Xaçmaz bələdiyyəsi üzrə xərclər haqqında məlumat vermək istəyirəm.
2021-ci il ərzində bələdiyyə tərəfindən aşağıdakı sahələr üzrə 180 706,95 Azn vəsait sərf edilmişdir. Belə ki,
1.Yerli özünü idarəetmə və idarənin saxlanma xərcləri - 84,486 Azn
2.imkansız və aztəminatlı ailələrə yardım 2414 Azn
3.Sosial Müdafiə və Təminat xərcləri 113,35 Azn
4.DSMF-na ödəniş-18 179,65 Azn
5.icbari sığorta xərcləri- 680,60 Azn
6.Abunə yazılışı xərcləri-884,40 Azn
7.B/üzvlərinə ödəniş- 1100 Azn
8.Kadastr Reyestr xidmət haqları – 14123 Azn
9.Audit xidməti ödənişi-4000 Azn
10.Dəftərxana xərcləri -732 Azn
Digər xərclər 9885 Azn
şəhərin abadlıq işləri üçün ümumi istifadədə olan sahələrin təmiri, bərpası işləri-75000 Azn
O cümlədən,
1. inzibati binanın dam örtüyünün təmirinə - 754 Azn
2.istilik sisteminin təmirinə - 564 Azn
3. Yeni kanalizasiya xəttinin çəkilişinə - 1126 Azn
4.inzibati binanın giriş koridorunun daxili hissəsinə üzlüklərinin çəkilməsi və rənglənməsi işlərinə - 1872 Azn təşkil etmişdir.
1. Xaçmaz şəhərinin 27-ci kvartal adlanan ərazisində bir neçə yeraltı keçid sahələrində boruların yerləşdirilməsi işlərinə 1300 Azn, ərazidə bir neçə küçələrin yollarına çınqıl döşənməsi və hamarlanması işlərinə 800 Azn
2. Ağçay – Qobuqıraq yeni yaşayış massivində yollara çınqıl daş döşənməsi xərcləri - 2640 Azn
3. 29,61-ci kvartal ərazisində yollara çınqıl döşənməsi və hamarlanması- 1500 Azn
4. 61-ci yeni yaşayış massivində yolların cari təmirinə - 3345 Azn
5. Qaraçı Yeni yaşayış massivində yolların təmiri - 1755 Azn
6. Qafqaz konserv zavodunun qarşısındakı ərazidəki su kanalının bir hissəsinin lildən təmizlənməsinə - 350 Azn
7. Rus qəbirstanlığına hasarlanma və abadlıq tədbirlərinin görülməsi üçün 6852 Azn vəsait sərf edilmişdir.
Hesabat ili ərzində müxtəlif tarixlərdəki əlamətdar və anım günlərində abadlıq,yaşıllaşdırma və ağacəkmə işlərinin görülməsi və abidələr önünə əklil və gül çələnglərinin qoyulması tədbirlərinə çəkilən xərclər aşağıdakı kimi olmuşdur.
Xaçmaz şəhərinin dəmir yolunun aşağı hissəsində yerləşən 266 Ha ərazidə 18000 dən çox əhalinin yaşadığı 61 küçəsində məişət tullantılarının yığışdırılması, zibilliklərin təmizlənməsi, daşınması və zərərsizləşdirilməsi işlərinin il boyu fasiləsiz yerinə yetirilməsində Xaçmaz bələdiyyəsi yaxından iştirak etmişdir.
Hesabat dövründə Ramazan, Qurban bayramlarında aztəminatlı ailələrə bayram payları çatdırılmış, şəhid ailələrinə və Qazilərə baş çəkilmiş, Qələbə günü münasibətilə müharibə veteranları ilə görüşlər keçirilmişdir.
Hər zaman olduğu kimi, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət verilmişdir.
Ötən il ərzində 361 nəfər vətəndaşın müraciətlərinə baxılmış, Rayon icra Hakimiyyətindən və digər qurumlardan 148 məktub daxil olmuş tərəfimizdən müxtəlif məsələlərin həllinə dair müvafiq təşkilatlara 444 məktub göndərilmişdir.
Vətəndaşların müraciətlərinin cavablandırılması məqsədilə əlaqə telefon xətti fəaliyyət göstərir.
Bələdiyyənin mühasibatlığı tərəfindən yerli büdcənin gəlir və xərclərinə dair hazırlanmış məlumatlar və hesabatlar müvafiq təşkilatlara tələb olunan qaydada və müddətdə göndərilmişdir.
Bütün bunlarla yanaşı bələdiyyə büdcəsinin formalaşmasında əmlak və torpaq vergilərinin toplanması istiqamətində çox ciddi çətinliklərimiz vardır.
əhalidən torpaq və əmlak vergisinin toplanması, qeyri yaşayış sahəsi üzrə mülkiyyətçilərin vergilərdən yayınma halları həddən artıq çoxdur.
Odur ki, dönüş yaradılması, maarifləndirmə işlərinin görülməsi sahəsində bütün idarə və müəssələrin rəhbərlərindən xahişimiz budur ki, bələdiyyəyə yaxından köməklik göstərəsiniz
T.X.Məlikov
Xaçmaz bələdiyyəsinin sədri: