"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz bələdiyyəsinin fəaliyyəti sədrin təqdimatında

--2016-07-17 / 00:32

Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyevin Belediyye.info verdiyi məlumata görə, bələdiyyənin təşəbbüsü ilə əhalidən vergilərin yığılmasında müəyyən rahatlığı və operativliyi təmin etmək məqsədiylə  yerli bank filialından səkkiz ədəd post terminal götürülüb.

Hazırda onların işlədilməsi üçün müfəttişlərə təlimlər keçirilir.  

Yaxın günlərdə post terminalların istifadəsinə başlanılacaq.

Sədrin sözlərinə görə, hazırda bələdiyyədə 25 nəfər əməkdaş çalışır. Onların orta aylıq əməkhaqqı 220 manat civarındadır. Bələdiyyə iclasında qərara alınıb ki, maliyyə vəziyyəti imkan verdiyi halda işçilərə əlavə mükafatlar verilsin və əməhaqqları arıtırılsın.

Hazırda 13 bələdiyyə üzvü olan Xaçmaz bələdiyyəsinin qarşılaşdığı əsas problem  DSMF- olan borcun silinmısinə nail olmaqdır.   əvvəlki tərkibdə çalışanların yaratdığı borc kifayət qədər olsada fəaliyyətimizlə artıq onların bir qismini silə bilmişik.

Hazırda vergilərin yığımında artım müşahidə olunur. Bir faktı xatırladım ki, 2015- ci ildə 115.868 manat büdcə daxilolmaları olub. Bu rəqəmin 19.988 torpaq vergisindən, 48.736 əmlak vergisindən, 10.880 reklam ödənişlərindən, 1.610 icarə haqqlarından, 28.429 torpaq satışından, 125 manatı isə  avtodayanacaqdan daxil olub. 

Cari ilin ilk altı ayı haqqında məlumat verən sədr  bildirib ki, ən diqqəti çəkən naliyyətimiz  avtodayacaqlardan daxil olan ödənişlərin səviyyəsinin 5 dəfəyə yaxın artırmağımız olub. ilk altı ayda avtodayanacaqlardan 855 manat vəsait daxil olub. Altı ay ərzində 74. 034 manat vəsait toplaya bilmişik.

inanıram ki, ilin sonunadək bu rəqəmi iki dəfəyədək artıracağıq.

Belediyye.info

 

ŞƏRHLƏR