"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz bələdiyyəsinin növbəti iclası keçirilib

--2018-03-06 / 16:37

Xaçmaz bələdiyyəsindən verilən məlumata görə, bugün üzvlərin iştirakıyla bələdiyyə iclası keçirilib.

iclasda ilk iki ay ərzində bələdiyyənin gördüyü işlər, həyata keçirdiyi layihələrə nəzər salınıb.

Bələdiyyə sədri Mahir Fətəliyev həmçinin növbəti aylarda bələdiyyə tərəfindən həyata keçirləcək layihələr barəsində ətraflı məlumat verib.

Məruzə ətrafında bələdiyyə üzvləri öz təklif və tövsiyələrini veriblər.

Sonda bələdiyyə sədri Mahir Fətəliyev qadın bələdiyyə üzvlərini və qulluqçularını 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, fəaliyyətlərinə yeni-yeni uğurlar arzu edib.

Tədbir çay süfrəsi ətrafında davam edib.

Belediyye.info

 

ŞƏRHLƏR